Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Brüsseldə keçirilmiş görüşə dair məqalə dərc edib

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində “Cənubi Qafqazda sülh danışıqları” sərlövhəli məqalə dərc olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Ermənistanla Azərbaycan arasında müharibədən təxminən il yarım sonra hər iki ölkənin sülhə doğru yönəldiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar. Avropa İttifaqı tərəflər arasında vasitəçilik edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəflər arasında əldə olunan razılığın “düzgün istiqamətdə atılan addım olduğunu” dilə gətirib.

Vüqar Seyidov

Xudaferin.eu

19:48