Nizami Gəncəvi 880 illiyi

Moskva vilayətinin Ximki şəhərində dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Rusiya Azərbaycanlılarının Fedaral Mill-Mədəni Muxtariyyatı “AzərRos” və Moskva Şəhəri Qərb İnzibati Dairəsi Oçakova-Matveyevski Rayon Azərbaycanlıların Milli-Mədəni Müxtariyyatı təşkilatlarının birgə təşkil etdiyi tədbir “Moskva Şəhəri Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”ndə baş tutub.
Gecə Rusiya və Azərbaycan himnlərinin səsləndirilməsi ilə açılıb. Tədbirdə dahi Nizaminin yaradıcılığı, əsərləri və həyatı gündəmə gətirilib, “Leyli və Məcnun” və “Fərhad və Şirin” əsərlərindən bədii kompozisiyalar və film nümayiş olunub. Gecədə Rusiya Prezidenti yanında Millətlərarası Şuranın üzvü, “AzərRos” prezidenti və Ximki şəhər deputatı Xanoğlan Əliyev, Moskva Şəhəri Qərb İnzibati Dairəsi Oçakova-Matveyevski Rayonu Azərbaycanlıların Milli-Mədəni Müxtariyyatının sədri Əli Kazımov, tarix elmləri doktoru Əşrəf Hüseynov və  digərləri çıxışlar edərək N.Gəncəvi yaradıcılığından, Rusiyada Nizami irsinin tanıtdırılması istiqamətində görülən tədbirlərdən danışıblar.

Xudaferin.eu


14:22