Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək

Yanvarın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək. Filarmoniyadan bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziyası və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında məlumat veriləcək. Daha sonra simfonik orkestrin müşayiəti ilə xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Qeyd edək ki, Türk Dünyasında ilk dəfə Dövlət Simfonik Orkestr dahi azərbaycan bəstəçisi Üzeyir Bəy Hacıbəylinin təşəbbüsü ilə yaradılmışdır. Məhz bu orkestrin sayəsində Azərbaycanın böyük bir bəstəçiilər və musiqiçilər nəsli yetişib. Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Zakir Bağırov, Əfrasiyab Bəbəlbəyli, Rauf Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov və digərlərini bunja örnək göstərmək olar. Elə indinin özündə belə, bu orkestrdə Azərbaycanın çağdaş bəstəçilərinin əsərləri ifa olunmaqdadır. Bu orekstrə uzun illər ünlü dirijor və bəstəçi Maestro Niyazi rəhbərlik etmişdir. Orkestr demək olar ki, dünyanın hər yerində çağdaş Azərbaycan musiqisinin tanınmasında möhtəşəm uğurlara imza atıb.

Xudaferin.eu

13:54