Natiq Cəfərli: “Stimullaşdırıcı addımlar atılmalıdır ki, xarici investorlar dövlət əmlakının özəlləşdirilməsində daha aktiv iştirak etsinlər”
Ötən ilin avqust ayından indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 35 hərrac keçirilib. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib. Onun sözlərinə görə, bu hərraclarda 1100-dən çox əmlak hərraca çıxarılıb ki, bunlardan səhiyyə, turizm, ictimai iaşə və digər sahələrdə böyük obyektlər investisiya müsabiqəsinə çıxarılır. Rafiq Cəlilov yerli və xarici sahibkarları bu obyektlərə investisiya qoymağa çağırıb. O, bildirib ki, bu obyektlərə investisiya qoyan sahibkarlarla güzəştlər barədə danışıqlara hazırdırlar. Sahibkarları bu obyektlərə investisiya qoymağa və məhsul istehsal etməyə çağıran Əmlak Məsələləri Komitəsinin rəsmisi sözügedən sahələrə maraq göstərilmədiyinə də işarə edib. Maraqlıdır, sahibkarlar niyə bu obyektlərə investisiya yatırmır?
İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, ümumiyyətlə, iqtisadi aktivlik çox aşağı düşüb və investisiya mühiti ürəkaçan deyil: “Yəni iş adamları hiss edirlər ki, qoyulan vəsaitlərin geri götürülməsi və ümumiyyətlə, gəlir götürmək getdikcə daha çətin olacaq. Çünki əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Bu da biznes sahələrinə mənfi təsir göstərir. İkinci məsələ qiymətlə bağlıdır. Hərraclarda olan qiymətlər çox zaman daha yuxarı hədlərə çatır ki, bu da iş adamlarının marağının daha da azalmasına səbəb olur. Əslində dövlət əmlakının özəlləşdirilməsi məsələsi o zaman effekt verir ki, ölkədə iqtisadi canlanma var və xarici investorlar üçün də münbit şərait var. Rəqabətli mühit yaranır və getdikcə xarici investorların dövlət əmlakına marağı artır. Bu özəlləşdirmədən dövlət büdcəsi daha çox gəlir götürür.
İndiyədək aparılan özəlləşdirmədən ümumi büdcəyə daxil olan vəsaitin həcminin kfayət qədər kiçik olduğu ortaya çıxır və belə məlum olur ki, bu özəlləşdirmə proqramları həm investorların marağının kifayət qədər aşağı olmasını sübut edir, həm də dövlət büdcəsi bundan istənilən səviyyədə vəsait əldə edə bilmir. Ona görə də özəlləşdirmənin indiki mərhələsində daha vacib olan məsələ iqtisadi aktivliyin artırılması ilə bağlı yolların tapılmasıdır. Şirnikləndirici, stimullaşdırıcı addımlar atılmalıdır ki, xarici investorlar dövlət əmlakının özəlləşdirilməsində onlar daha aktiv iştirak etsinlər. Bu həm ölkəyə əlavə valyuta gətirilməsinə, həm də yeni texnologiyanın, yanaşmanın, yeni idarəetmə fəlsəfəsinin yaranmasına səbəb olacaq ki, bunun da iqtisadiyyata çox müsbət təsiri olacaq. İndiki şəraitdə nə yerli, nə də xarici investorlar bu tip özəlləşdirmə proqramlarına ciddi maraq göstərmirlər”.
“Vergi yükü kifayət qədər ağırdır”
Ekspert əlavə edib ki, əslində müstəqillikdən üzübəri iş adamları dövlət orqanlarının onların işinə müdaxilə etməsindən şikayətləniblər: “Bu müdaxilə artdıqca onların əlavə xərcləri də artır. Eyni zamanda dövlət məmurları üçün rüşvət imkanları da yaranır. Amma etiraf etmək lazımdır ki, son zamanlar yoxlamalarda kifayət qədər azalmalar var. Yəni artıq dövlət orqanları da anlayırlar ki, çox ciddi şəkildə iş adamlarına basqı qurmaqla iqtisadi irəliləyişə nail olmaq mümkün olmayacaq. Bu məsələdə az da olsa, irəliləyiş var. Söhbət ondan gedir ki, Azərbaycanda vergi yükü, iş şəraiti kifayət qədər ağırdır. Bir neçə ay bundan öncə Vergi Məcəlləsinə bir gecədə 201 dəyişiklik olub. Dünyanın heç bir ölkəsində vergi qaydalarının bu qədər birdən-birə sürətlə və böyük həcmlə dəyişməsi görünməz bir haldır. Bu iş adamlarına pis bir mesajdır. Tez-tez oyun qaydalarının dəyişməsi, vergi həcmləri və yükünün artması iş adamlarını çəkindirən əsas amillərdən biridir. Rüşvət, korrupsiya məsələləri də rol oynayır ki, bu Azərbaycanın xroniki xəstəliyidir. Əsas problem iqtisadi aktivliyin zəifliyi, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsidir ki, iş adamları bu səbəblərə görə investisiya layihələrinə və ümumiyyətlə, biznes aktivliyinə maraq göstərmirlər”.
Niyə oliqarxlar ölkəyə sərmayə qoymur

Alçina Amilqızı
Cebhe.info
09:11
Digər xəbərlər