Nihat Zeybəkçi: "Türk Dövlətləri arasında əlaqələr gücləndirilməlidir"

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Bakıda keçirilən Türk Dövlətlərinin  Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşündə çıxış edib. Nazir deyib ki, Türk Dövlətləri arasında iqtisadi ələqələr daha da gücləndirilməlidir. Bunun üçün ilk növbədə ölkələrimiz arasındakı ticari əlaqələri artırmalıyıq. İqtisadi, ticari əlaqələrimiz nə qədər geniş və möhkəm olsa, siyasi əlaqələrimiz də bir o qədər güclü olar. Türk ölkələrinin digər dövlətlərdən fərqi dilimizin, tariximizin, mədəniyyətimizin eyni olmasıdır. Bu üstünlükdən səmərəli istifadə edib, daha sıx bağlanmalıyıq, birlikdə daha uğurlu yollar qət etməliyik. Türkiyə bu gün dünyada özünün iqtisadi inkişafına görə 16-cı böyük ölkə sayılır. Türkiyə dünyanın bir çox ölkələri ilə ümumilikdə 430 mlrd. dollarlıq yatırıma sahibdir. Ancaq Türk Dövlətləri arasında bu məbləğin 1%-nə də sahib deyilik.  

Nazir Zeybəkçi bildirib ki, Türk Dövlətləri milli valyutalarını gücləndirmək üçün tədbirlər həyata keçirməlidir. Böhran nəticəsində enerji və neft qiymətləri düşüb. Ölkələr arasında onlayn ticarətin gücləndirilməsi də olduqca vacib məqamlardan biridir. Biz bu sahəni genişləndirməliyik. Bu yöndə ölkələrimiz arasında mövcud ticari əlaqələri və sərmayələri daha da artıra, iqtisadi əlaqələrimizin və əməkdaşlığımızın inkişafına böyük təkan verə bilər. Türk Dövlətlərinin biznes sektorunda fəaliyyət göstərən iş adamları turizmin bir çox sahələrində, tikinti, kənd təsərrüfatı, ticarət iş sahəsində əməkdaşlıq etməli, yeni layihələr həyata keçirməlidirlər.
Nazir da deyib ki, iki ölkə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılması ilə bağlı iki ölkə dövlət başçıları müvafiq təlimatlar verdi. Azərbaycan və Türkiyə bir-birilərinə qarşılıqlı imtiyaz təklif etməlidir. Əgər lazım olarsa, bu imtiyazlar sıfır səviyyəsinədək endirilməlidir. Hazırda iki dövlət arasında ticarət dövriyyəsi 3,5 mlrd. dollar civarındadır. Bu göstəricini 10-15 mlrd. dollara qədər artırmalıyıq. Yaxın zamanda bununla bağlı işlərə başlanılacaq. 2017-ci ilin yarısında Azərbaycan-Türkiyə işgüzar sammiti planlaşdırılır. Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanacaq.  Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir. Bu, sadəcə Azərbaycanla münasibətlərimizə aid deyil. Söhbət bir çox ölkələrdən gedir. Lakin ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməliyik və bunun yollarını tapmalıyıq. Dövlət başçılarımızın təlimatlarına uyğun olaraq, hər iki ölkənin İqtisadiyyat Nazirlikləri və Mərkəzi Bankları zəruri işlər həyata keçirəcək.

Xudaferin.eu

15:50