Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib— FOTO

Azərbaycan Dostları Təşkilatı tərəfindən Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, iki ölkə arasındakı mədəni əlaqələri daha da genişləndirməkdir.

Çıxış edən təşkilatın vitse-prezidenti, "Agility Logistics" şirkətinin direktoru Zaur Mansurov belə təqdimatların Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılmasına xidmət etdiyini bildirib.

Həmyerlimiz Billurə Bayramova Azərbaycanın tolerant ölkə kimi yaxşı bir nümunə olduğunu və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Azərbaycanın zəngin mətbəxi haqqında da qonaqlara məlumat verib

Sonra tədbir iştirakçıları milli yeməklərimizdən dadaraq milli musiqilərimizdən zövq alıblar.



 

18:18