Nigeriyada Boko Haram qrupunun hərbi bazası ələ keçirilidi

Nigeriya ordusu Boko Haram cihadçı qrupunun ölkədə əsas istinadgahlarından biri olan Sambisa meşəsindəki bazasını ələ keçirib. Bu haqda açıqlamanı Nigeriya prezidenti Muhammadu Buhari verib. O açıqladığı bəyanatda bildirib ki, bazanın ələ keçirilməsi Boko Haram terrorçularının Sambisa meşəsindəki son anklavında onların tam məğlub edilməsi deməkdir. Qrupa qarşı ölkənin şimal-şərqindəki Borno ştatında yerləşən 1300 kvadrat kilometrlik meşədə aylardır əməliyyat aparılırdı.

Nigeriya prezidentinin bəyanatında Boko Haram qrupunun lideri Əbubəkr Şekaunun harada olduğu qeyd edilməyib. Boko Haram yeddi ildir davam etdirdiyi və 20 mindən çox insanın həyatını itirdiyi qiyamda bir neçə ay ara verdikdən sonra son zamanlar hücumları intensivləşdirmişdi. Qrupun hərbi əməliyyatları humanitar böhranın yaranmasına səbəb olub.

P.S. Nigeriyada radikal islamçı hərəkatın yaranmasının əsas səbəblərindən biri də bu ölkədə uzun illərdir əhalinin ağır social-iqtisadi həyat şəraitində yaşamağa məcbur edilməsidir. Ona görə də demokratik təsisatlar tamamilə məhv edilib. Ağır və dözülməz həyat şəraitindən tək qurtuluş yolu isə radikal islamçıların apardıqları təbliğatlardır. Elə buna görə də, mövcud rejimə qarşı müxalif baxışları olanların çoxu radikal islamçılara gizli və ya açıq şəkildə rəğbət bəsləyirlər. Ona görə ki, insanlar diktatura rejimində bird aha yaşamaq istəmirlər.

Xudaferin.eu

 

10:37