Niderland “Qazprom”un səhmlərinə həbs qoydu

Amsterdam məhkəməsi Rusiyanın “Qazprom” şirkətinə məxsus "Blue Stream Pipeline Company" birgə müəssisənin səhmlərinə həbs qoyub. 

Xudaferin.eu-nun məlumatına görə, bu barədə “Qazprom”un 2018-ci ilin ilk alt ayı əhatə edən hesabatında deyilir. 

Qeyd olunur ki, müvafiq məhkəmə qərarı mayın 30-da qəbul olunub. Beləliklə, məhkəmə Ukraynanın “Naftoqaz” şirkətinin tələblərini yerinə yetirib. 

“Naftoqaz” “Qazprom”dan 2,5 milyard dollar tələb edir. 

Xudaferin.eu

12:57