NİDA fəalı həbs edilib

 

NİDA Vətəndaş Hərəkatının fəalı Ümman Dəniz həbs olunub.

NİDA Vətəndaş Hərəkatının məlumatında deyilir ki, gənc fəal Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Xətai Rayon Məhkəməsi ona İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə 15 sutkalıq inzibati həbs cəzası verib. NİDA fəalı həbsinin Facebook sosial şəbəkəsindəki tənqidi statusu ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları social şəbəkələrə nəzarəti daha da gücləndiribdir. Bu da əslində vətəndaş cəmiyyətində söz və fikir azadlıqlarına qarşı qeyri rəsmi şəkildə və ya dolayı yolla senzuranın tətbiq edilməsi deməkdir. Bütün bunlar azmış kimi, social şəbəkələrdə fəal olanları, xüsusilə də gəncləri təqib etmək, onları tutuqlayaraq həbsxanalara atmaq, beləliklə də demokratik hüquqları pozmaq antibəşəri proses kimi dəyərləndirmək gərəkdir. Bir gəncin öz fikirlərini sərbəst və azad şəkildə ifadə etmək onun həm də Ana Yasa hüququ sayılır. Bu hüququnu onun əlindən almaq, “polisə tabe olmamaq” kimi heç bir məntiqə sığmayan ittihamlarla həbs etməyin özü insane hüquqlarının və azadlıqlarının kobudcasına pozulması deməkdir. 

Amerikaninsesi.org

 

10:53