Neyroşəbəkə insanı sözlərarası nəfəs almalar üzrə tanıyacaq

ABŞ-ın Karneqi Mellon Universitetinin tədqiqatçıları neyroşəbəkəyə insanı sözlərarası nəfəs almalar üzrə tanımağı öyrədiblər. Tədqiqatda istifadə olunan uzunmüddətli yaddaşa malik neyroşəbəkəyə ingilis dilində xəbər buraxılışları yüklənib. Bu informasiya əsasında ona nitqi, daha sonra ayrı-ayrı fonemləri tanımaq öyrədilib.

Xudaferin.eu futurist.ru saytına istinadla xəbər verir ki, alimlər nəfəs almalar üzrə tanımanın digər üsuluna – əlamətlərin supervektorlarını tanıyan metodikaya (bu üsul səsin tanınması sistemlərinin əksəriyyətində istifadə olunur) müraciət ediblər. Bu metodika nitqin ayrı-ayrı fraqmentlərini vektorlara çevirməyə imkan verir.

Sınaqlar zamanı supervektorlarla müqayisədə insanın neyroşəbəkədən istifadə ilə tanınmasının daha dəqiq nəticələr verdiyi müəyyən edilib. Belə ki, birinci üsulda nəticə 91 faizdən çox olduğu halda, ikinci üsulda bu göstərici 72-74 faiz təşkil edir.

Xudaferin.eu

20:54