Hansı beynəlxalq proseslər “qara qızıl”ı bahalaşdıra bilər?
Əgər əvvəllər neftin qiyməti siyasi hadisələrdən asılı olaraq bahalaşırdısa, indi bu amillər qara qızılın dəyərinə demək olar ki, təsir göstərmir. Son olaraq Yaxın Şərqdə yaranmış böhran da onu göstərdi ki, siyasi münaqişə ocaqlarının yaranması, dövlətlərin arasında münasibətlərin gərginləşməsi kimi amillər artıq dünya birjalarına o qədər də ciddi təsir göstərmir. Bəs görəsən, hazırda dünya enerji bazarındakı durumu hansı amillər tənzimləyir? Neft nəyin əsasında bahalaşır və ucuzlaşır?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, neftin qiyməti hazırda faktiki olaraq Amerika Enerji Administrasiyasının açıqlamalarından asılıdır: “Ancaq bu yöndə hadisələrin inkişafı neftin qiymətinə təsir edir. Nə Qətər hadisələri, nə Yaxın Şərqdə Suriya ətrafında baş verənlər neftin qiymətinə elə də təsir etmir. Düzdür, müəyyən qısamüddətli təsirlər olur, ancaq qısa zamanda korreksiya edilir və əvvəlki yerinə qayıdır. Biz neftin qiymətinin artıq ötən həftədən 48 dollar ətrafında alınıb-satıldığını müşahidə edirik. Faktiki olaraq, ekspertlər hazırkı qiymətini neftin real qiyməti hesab edirlər. Bundan əvvəlki qiymət, sadəcə, OPEK tərəfindən qızdırılmış qiymətlər idi. Onlar hasilatın azaldılması kimi bəyanat verməklə bazarı qızdırırdılar. Artıq bu təsirlər götürülüb, neft bazarda öz real dəyəri ilə alınıb-satılır. Hazırda 20-30 sent bahalaşma və ya ucuzlaşma müşahidə edilir. O da hər çərşənbə günü Amerika Enerji Adminstrasiyasının ABŞ-ın neft ehtiyatları ilə bağlı açıqladığı rəqəmlərdən, bu rəqəmlərin proqnozlarla üst-üstə düşüb-düşməməsindən asılı olur”.
İ.Şabanın sözlərinə görə, artıq elə bir yüzdə-yüz qanunauyğunluq yoxdur ki, ABŞ-ın neft ehtiyatları azalırsa, qiymətlər artmalıdır: “Bu hər dəfə baş vermir. Bəzən bu qanunauyğunluğun əksi olan proseslər baş verir. Bunun əksinə olaraq, ABŞ-da neft ehtiyatı azalır, lakin neft məhsullarının satışında artım baş verir. Bu kimi hadisələr bazarda həmişə özünü bu və ya digər proseslərdə əks etdirir. İyul və avqust ayı üçün neftin qiyməti 47-48 dollar proqnozlaşdırılır. Yaxın müddətdə hər hansı hadisə baş verməsə, neftin qiymətinin bundan çox artmasını müşahidə etmək mümkün olmayacaq. Real tələb-təkliflər əsasında neftin qiyməti 50 dollardan aşağıdır”.
Ekspert vurğuladı ki, Yaxın Şərq böhranı da hər hansı şəkildə qiymətlərə təsir etmir: “Qətər çox kiçik neft ölkəsidir, 600 min barel neft ixracı var. Onun dünya bazarına təsiri demək olar ki, yoxdur. Digər ölkələrdə isə hasilat artır, ona görə də qiymətlər bu səviyyəyə enib. Qətərin neft hasilatı indiki səviyyədən aşağı düşsə belə, onun bazara təsirinin olacağını düşünmürəm. Çünki ixracatçı ölkə kimi tanınmır. Ona görə də Yaxın Şərq böhranı neftin qiymətini tətikləmir. Arada heç bir müharibə yoxdur, yalnız diplomatik qalmaqal var. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə heç bu ölkənin tankerlərinin öz limanında yanacaq götürməsinə imkan vermirlər. Ancaq alternativ olduğu üçün bunun ciddi bir təsiri yoxdur”.
Neftin qiyməti Amerikadan asılı qalıb...

Hurriyyet.org
09:32
Digər xəbərlər