Neftin qiyməti 58 dolları keçdi

Bu 2015-ci ildən bu yana ən yüksək göstəricidir. Yanvarın 3-də London birjasında Brend markalı neftin bareli 2,22% bahalaşaraq58.08, WTI markalı neftin barreli isə 2,31% bahalaşaraq 54,96 dollar olub.

Qeyd edək ki, WTI markalı neftin barreli bundan az əvvəl 55, 24 dollara qalxıb. Mütəxəssislər bunun OPEC təşkilatının hasilatı azaltması ilə bağlı olduğunu deyirlər. Söhbət gün ərzində 1,2 milyon barrelin ixtisarından gedir. OPEC-ə üzv olmayan ölkələr də hasilatı gün ərzində 558 barel azaldıblar. Bütün bunlarla yanaşı, Azərbaycan iqtidarı hələ də ümidini neft gəlirlərinə bağlayıb. 2005-ci ildə neft bumu başlayan dönəmdən indiyə kimi, hökumət hər hansı bir ciddi addımlar atmamış, neft gəlirləri sayəsində bir sıra addımlar atmaqla ölkədə öz mövqelərinin güclənməsinə çalışmışdır. Buna görə də indi baş verən ikinci devalivasiyanın fəsadlarını aradan qaldırmaqda xeyli çətinliklərlə üz-üzə qalmışdır. Mütəxəssislərin də qeyd etdikləri kimi neftin qiymətinin bundan sonra artması ölkənin problemlərinin həllinə deyil, real hakimiyyətin daha da güclənməsinə sərf ediləcək. Dəfələrlə mütəxəssislərin alternativ iqtisadi sistemin inkişafı üçün neft və qazdan əldə olunan gəlirlərin səmərəli şəkildə yönəldilməsi təkliflərinin qulaqardına vurulması davam etməkdədir.

Xudaferin.eu  

12:05