Neft Daşlarında soyğunçuluq: SOCAR isə açıqlama vermir

 

 “SOCAR Neft Daşları müvəqqəti saxlama təcridxanasında çörəyin keyfiyyəti ilə bağlı elə bir böyük problem yoxdur. Gündəlik normal keyfiyyətə uyğundur. Amma Neft Daşlarında başqa problemlər var ki,onun qarşısı alınmalıdır və qabaqlayıcı tədbirlər görmək məsləhətə uyğundur”

Bu sözləri Feysbukda Rauf Eminov yazıb və Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı paylaşıb. R.Eminovun sözlərinə görə, mağazada ərzaq, siqaret, içkilər, gündəlik tələbata uyğun olaraq istifadə olunan məhsullara baha satılır:  “Nəzərə alsaq ki, bu sahədə nə vergi,nə də icarə pulu verilir. Amma qiymətindən 30 % baha satılır. Ən ucuz siqaret 2 manatadır.
İkinci məsələ ondan ibarətdir ki, bazar iqtisadiyyatını nəzərə alsaq,məhsulların qiymətinin iki dəfəyədək qalxdığını müşahidə edərik. İşçilərin düzgün qidalanmamağı təhlükəsiz iş prosesinin sağlam tərzdə həyata keçirməsini mümkünsüz edir”.

Politika.Az-ın əməkdaşı SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevlə əlaqə saxlayıb və bu problemlərə mövqeyini öyrənmək istəyib. SOCAR sözçüsü yalnız rəsmi suallara cavab verdiyini, R.Eminovu tanımadığını deyərək açıqama verməkdən imtina edib.

Politika.Az

 

09:29