Nazirlik: Yoxlamalar xəbərdarlıqsız aparılsın

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıqsız aparılmasını təklif edir.

Xudaferin.eu məlumat verir ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasında P.Əzizbəyov bildirib ki, nazirlik hazırda plandankənar yoxlamalar apara bilmir. 

P. Şahbazov qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamalar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında aparılır:

“Gələcəkdə yoxlamalarla bağlı qanunvericilikdə dəyişikliklər edilsə, yaxşı olar. Hazırda aparılan yoxlamaların effekti olmur, çünki yoxlama gedərkən xəbərdarlıq edilir, sonra yoxlamalara başlanılır. Bu müddətdə də sahibkar müvafiq tədbirlər görür, ona görə də obyektə gedəndə nəticə olmur. Bununla bağlı Səhiyyə Nazirliyi də təkliflər hazırlayacaq ki, yoxlamalar xəbərdarlıqsız həyata keçirilsin”.

Xudaferin.eu

19:12