Nazir: Neftin hazırkı qiyməti dayanıqlı deyil

Bakıda “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransı öz işinə başlayıb.

Xudaferin.eu Oxu.az-a istinadən xəbər verir ki, tədbirdə “Neft və qaz sənayesində qlobal, iqtisadi perspektivlər. Neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar” mövzusunda energetika naziri Pərviz Şahbazov çıxış edib.

O bildirib ki, neftin qiyməti müxtəlif geosiyasi reallıqlara və çevrəyə müəyyən təsir effekti törədir:

“Cari geosiyasi tendensiyalar və verilən müəyyən siyasi qərarlar, eləcə də, dünyanın məhz neft sənayesinin mühüm çəkisi olan ölkələrində müxtəlif münaqişə və rəqabət də neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib.

Buna baxmayaraq vəziyyət tam dayanıqlı deyil. Neft hasil edən ölkə ixracatçılara kifayət qədər cəlbedici olsa da, məhz bu, qlobal iqtisadi indikatorlarla müəyyənləşir”.

Nazir qeyd edib ki, ABŞ-ın, Avropanın artan, Çinin böyüyən iqtisadiyyatı neftə olan tələbatı artırmaqdadır:

“Bu proseslər neftin qiymətlərinə tədricən təsir göstərir”.

Xudaferin.eu

14:28