Nazir Mövlud Çavuşoğlu: Azərbaycanın Zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təsis edilməsi üçün addımlar atırıq
Xüsusi nümayəndələrimiz dörd dəfə görüşüblər. Onların missiyası Türkiyə ilə Ermənistan arasında əlaqələri mərhələli şəkildə qurmaqdır. Azərbaycanın Zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təsis edilməsi üçün addımlar atırıq. Aviasiya reyslərinin başlaması və s. ilə mühüm addımlar atılıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində ifadə edib.
Ermənistanla normalaşma üçün ticarət sahəsində də bəzi addımların atıldığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu deyib: “Bizim həyata keçirdiyimiz bu prosesi Azərbaycan ilə Ermənistan arasındakı prosesdən ayrı düşünmək düzgün yanaşma deyil. Cənubi Qafqazda davamlı sülh, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq hərtərəfli və davamlı sülh anlaşması ilə gerçəkləşə bilər”.
Zəfərdən iki il ötməsinə baxmayaraq Azərbaycan ərazilərində hələ də erməni qanunsuz silahlılarının olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu Azərbaycanın Laçına paralel yol çəkdiyini vurğulayaraq deyib: “Ermənistanla normallaşma istiqamətində səmimiyyətimizi hər kəs görür. Bunları Ermənistan da görsün, bilsin və unutmasın. Bizim Azərbaycandan ayrı məqsədimiz yoxdur”.
İşğal dövründə həyata keçirilən dağıntıları xatırladan nazir təəssüflə bildirib ki, ermənilər qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərini tərk edərkən yenə də hər şeyi yandırır və dağıdırlar. Bu yolverilməzdir.

Sabir Şahtaxtı
Xudaferin.eu
16:13
Digər xəbərlər