"Nazim İbrahimov ən ağır cəzaya məhkum olunmalıdır" - Diaspora sədri
“Dövlət komissiya yaratmalıdır, bu komissiya həm də İstintaq komissiyası olmalıdır. Nazim İbrahimovun fəaliyyəti araşdırılmalıdır, dövlətə külli miqdarda ziyan vurduğu, Azərbaycanın milli ideologiyasına düşmən münasibət sərgilədiyi, vətənimizi, millətimizi sevən insanları Azərbaycana düşmən obrazında təqdim etdiyi üçün o, ən ağır cəzaya məhkum olunmalıdır”.
Bunu Avrasiya.net-ə tanınmış diaspora nümayəndəsi, "Xudafərin" jurnalinın baş redaktoru, Avropada Azərbaycanın Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə işinin öhdəsindən gələ bilmədiyindən Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsi sədrliyindən uzaqlaşdırılmasına münasibətində deyib.
Xatırladaq ki, bir neçə gün öncə prezidentin sərəncamıyla deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Sabiq sədr Nazim İbrahimov isə öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyindən işdən çıxarılıb.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
“Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib. Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birlərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”.
E.Mustafazadə bildirib ki, Nazim İbrahimovun fəaliyyəti sıfra bərabərdir, bu vaxtadək heç bir iş görməyib, əlini əlinin üstünə qoyub ancaq öz şəxsi maraqlarını güdüb: “O, yalnız Avropada formalaşan köhnə təşkilatları dağıtmaqla, parçalamqla məşğul olub. Öz tanışlarını irəli çəkib, gözdən pərdə asmaqla hansısa tədbirlərdə iştirak etmək məqsədilə onları Bakıya dəvət edib. Onlar da Bakıya turist kimi gedib-gəliblər”.
E.Mustafazadə onu da deyib ki, ermənilərin Avropada qəzet və saytlarının fəaliyyət göstərdiyi halda Azərbaycanın bir qəzeti belə yoxdur: “Bir insandakı milli şüur yoxdursa, ona milləti etibar etmək olmaz. Nazim İbrahimovun şüuru heç Nehrəm səviyyəsində də deyil. O öz kefinə yaşayan adamdır. Ətrafına diqqət yetirsək tək-tük səviyyəli adam görmək olar”.
Diaspor təşkilatının rəhbəri Ramiz Mehdiyevin N.İbrahimovun fəaliyyətinə verdiyi qiymətə də münasibətini bildirib: “Ramiz Mehdiyev təcrübəli bir siyasətçidir, o, siyasətdə baş ağardıb. Deyibsə, şübhə yoxdur. Ancaq mənə qəribə gəlir ki, niyə bu fikirlər indi söylənilir, indi reaksiya verilir. Avropada Azərbaycanlıların Dostları Cəmiyyəti adından dəfələrlə müraciətlər etmişik. Mediaya verdiyim açıqlama və yazılarımda Nazim İbrahimovun diaspora quruculuğu adı ilə dövlətin ayırdığı vəsaiti mənimsədiyini faktlarla göstərmişəm. Amma o zamanlar bu məsələ nəzarətə alınmadı. Amma necə deyərlər gec olsa da, güc oldu”.
E.Mustafazadə onu da vurğulayıb ki, N.İbrahimovun yeyinti üsullarından biri də hansısa cəmiyyətə ayırdığı vəsaitin yarısını geri almasıydı: “Cəmiyyətə pul köçürürdü, sonra öz emissarını göndərirdi bura, o da pulun yarısını aparırdı Bakıya. Məsələn, cəmiyyət sədrinin qabağında şərt qoyurdu ki, sizin hesabınıza 60 min manat köçürəcəyik, yarısı bizə qayıdacaq. Nazim İbrahimov Hollandiyada it-pişiyin basdırıldığı köhnə qəbirstanlıq ərazisində bir küncdə başdaşı qoydu, adını da verdilər ki, bu Xocalı soyqırımına bir abidədir. Həmin abidənin qoyulması üçün camaatdan 50 min yığdılar, 100 min manat da dövlətdən aldılar. Adam utanır bu abidəyə baxmağa, qəbiristanlıqlarda qoyulan başdaşları bundan daha yaxşıdır. Ermənilər Hollandiyanın 3 şəhərində qondarma erməni soyqırımına abidə ucaldıblar, bunlar isə qəbristanlıqda. Bu başdaşı qoyulandan sonra erməni saytları onun fotosunu verib Azərbaycanı gülüş hədəfinə çevirirdilər.
Brüsseldə Dədə Qorqud və Natavanın abidəsi qoyulub ki, bunun da Diaspora Komitəsilə heç bir əlaqəsi yoxdur, bunu cəmiyyət edib”.
Hollandiyada Xocalı Soyqırımı abidəsi
Hollandiyada qondarma erməni soyqırımı abidəsi
E.Mustafazadə deyib ki, N.İbrahimovun Azərbaycana vurduğu ziyanı heç ermənilər vurmayıb: “Dövlət komissiya yaratmalıdır, bu komissiya həm də İstintaq komissiyası olmalıdır. Nazim İbrahimovun fəaliyyəti araşdırılmalıdır, dövlətə külli miqdarda ziyan vurduğu, Azərbaycanın milli ideologiyasına düşmən münasibət sərgilədiyi, vətənimizi, millətimizi sevən insanları Azərbaycana düşmən obrazında təqdim etdiyi üçün o, ən ağır cəzaya məhkum olunmalıdır.
Mən Azərbaycanda ölüm hökmünün bərpa olunmasını istəyirəm. Azərbaycan dövlətinin vəsaitini talayan, dövlət və dövlətçiliyə qarşı düşmən mövqedə duran insanlar mütləq cəzalandırılmalıdır.
N.İbrahimov Avropada heç bir iş aparmadığından burada ağsaqqal, qarasaqqal.. heç kimin yeri bilinməyib. Burada irəli çəkdiyi adamların əksəriyyəti Azərbaycana xəyanət edənlər olub. Avropada başladılan “Söyüş” kampaniyasının müəllifləri Azərbaycanın içindən olub”.
E.Mustafazadə sonda Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti adından Nazim İbrahimovun işdən azad olunmasını alqışladığını və hörmətli Ramiz Mehdiyevin onun barəsində dediklərinə şərik çıxdıqlarını bildirib. Hətta əlavə edib ki, əgər N.İbrahimovun fəaliyyətini araşdırmaq üçün hansısa bir komissiya yaradılarsa, onun işinə yaxından köməklik göstərə bilər, konkret fakt və sübutlarla.

11:43
Digər xəbərlər