Nazarbayev xalqa müraciət etdi: “Səlahiyyətlərimi təhvil verirəm”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa təcili müraciət edib.

Prezident hakimiyyətin bölüşdürülməsini nəzərdə tutan islahatlar barədə məlumat verib. Qazaxıstan prezidenti bildirib ki, səlahiyyətlərinin əhəmiyyətli hissəsini parlamentə və hökumətə ötürür. Onun sözlərinə görə, güclü prezident üsuli-idarəsi ölkənin inkişafa başladığı, ayağa qalxmağa çalışdığı dövrdə lazım idi. İndi isə həmin dövr arxada qalıb və yeni idarəçilik formalaşdırılmalıdır. Bu islahatlarla bağlı Nazarbayev referendumun keçirilməsi ilə bağlı fərman imzalayıb. İslahatların layihəsi üzərində xüsusi işçi qrupu çalışır və ölkə heç bir dövlətin mövcud idarəçilik modelini təkrarlamaq niyyətində deyil və unikal idarəçilik modeli yaradır.
Qeyd edək ki, 1989-cu ildən indiyə kimi Qazaxıstanda təkhakimiyyətlilik siyasətini yürüdən Nursultan Nazarbayev digər dictator rejimlərində olduğu kimi, özünə bundan sonrakı hakimiyyət üçün ailə üzvlərindən varis seçməmiş və bu fikirdən uzaq olduğunu da bildirmişdir. Son bir neçə ildə ölkənin sosial-iqtisadi həyatında bir sıra reformlar edən Nursultan Nazarbayev dünyanın ən demokratik ölkələrini belə şaşırtmışdır. İk il bundan öncə devalivasiya başlanan anda Nazarbayev şəxsən özü etiraf etdi ki, bütün bunlar sonucda ağır iqtisadi böhranlara səbəb olacaq. Buna görə də, əhalinin banklardan götürdüyü bütün kredit borclarını anındaca ləğv etdirdi. Bundan əlavə, bankların dövlətə olan kredit borclarında bir sıra yumşaldıcı addımlat atdı. Beləliklə də həm əhali, həm də bank sektoru devalivasiya proseslərinin üzücü ağırlıqları dönəmində o qədər də çətinliklərlə üz-azə qalmadılar. Nazarbayev eyni zamanda ölkənin idarə olunması yönündə də bir sıra islahatlar aprmışdır.

Xudaferin.eu 

13:20