Naxçıvanda “Arılar arasında” tamaşasına baxış olub
Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub. Tamaşadan öncə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, xalq yazıçısı Elçin Əfəndiyev ötən əsrin 60-cı illərində ədəbi fəaliyyətə başlayıb və geniş oxucu kütləsinin hörmətini qazanıb. O, indi də mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı naminə xidmət göstərir. Ədibin povest və hekayələrdən ibarət kitabları, seçilmiş əsərləri, ədəbi tənqidi məqalələri həmişə diqqət mərkəzindədir. Elçin Əfəndiyevin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək nəşr olunub. Onun bir sıra əsərləri ekranlaşdırılıb, pyesləri Azərbaycanla yanaşı, xarici ölkələrin də teatrlarında öz uğurlu səhnə həllini tapıb. Naxçıvan teatrı bir neçə dəfə yazıçı-dramaturq Elçin Əfəndiyevin yaradıcılığına müraciət edib, 2001-ci ildə “Mənim ərim dəlidir”, 2002-ci ildə “Mənim sevimli dəlim”, 2009-cu ildə isə “Ah, Paris, Paris” pyesləri uğurla tamaşaya qoyulub. Elçin Əfəndiyevin “Arılar arasında” əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfədir ki, tamaşaya qoyulur.
Sonra "Arılar arasında" tamaşasına baxış olub. “Arılar arasında” pyesində kənd və şəhər, eləcə də nəsillər arasında uzaqlaşma öz əksini tapıb. Tamaşada müəllif bütün problemlərin müqabilində arı ailəsini nümunə kimi götürür. Göstərilir ki, istər cəmiyyətdə, istərsə də ailədə hər bir fərd ona həvalə edilmiş işin öhdəsindən gəlməyə, nizam-intizamlı olmağa, qarşıya çıxan çətinliyi dəf etməyə çalışmalı, bunun üçün iradə nümayiş etdirməlidir. İnsanda bu keyfiyyətlərin formalaşması isə mənəvi tərbiyə ilə bağlıdır. Arılardakı nizam-intizam, arı ailəsindəki qarşılıqlı münasibətlər və hər ailə üzvünün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi insan cəmiyyəti üçün örnək olmalıdır. Səmimi və zəhmətkeş insanların qocalanda belə həyata olan sevgisi, gələcəyə inamı da əsərin əsas ideyasını təşkil edir. Tamaşada təbiətə və insanlara sevgi, gənclərə yüksək amallar uğrunda yaşamaq tövsiyə olunur. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın rəssamı Naxçıvan MR-in əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Xalq artisti Həsən Ağasoy, əməkdar Artist Əbülfəz İmanov, aktyorlardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva və Anar Eyvazov öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.
Tamaşadan sonra Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov və yazıçı-dramaturq Elçin Əfəndiyev səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüblər. Elçin Əfəndiyev uğurlu səhnə əsərinə görə kollektivə təşəkkür edərək deyib: “Arılar arasında” pyesinin Naxçıvanda səhnəyə qoyulması mühüm əhəmiyyət daşıyır. Görkəmli Azərbaycan ziyalı və maarifçilərinin on doqquzuncu əsrin sonlarında əsasını qoyduqları Naxçıvan teatrının ölkəmizdə və bütövlükdə Şərqdə teatr sənətinin inkişafında mühüm xidmətləri vardır. İndi bu teatrda yaradılan müasir şərait, formalaşan kollektiv sənətə böyük qayğıdan xəbər verir.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib:Yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” pyesində müasir dövrdə cəmiyyəti narahat edən məsələlərə toxunulur. Nobel mükafatı laureatı yazıçı Moris Metterlinq 1901-ci ildə yazdığı "Arıların həyatı" əsərində cəmiyyətin inkişafında arıların həyatından nümunə götürməyi ön plana çəkmişdir. “Arılar arasında” pyesində də arıların həyatından nümunə gətirilərək səhnələşdirilir və böyük tamaşaçı kütləsinə çatdırılır.
Ali Məclisin Sədri uğurlu əsərə görə yazıçı-dramaturq Elçin Əfəndiyevə təşəkkür edib, kollektivə yaradıcılıq uğurları arzulayıb. Sonda tamaşanın yaradıcı heyəti ilə birlikdə xatirə şəkli çəkdirilib.

Xudaferin.eu
14:59
Digər xəbərlər