NATO Rusiyaya qarşı 100 minlərlə əsgəri səfərbər edir

NATO-nun yüz minlərlə əsgəri Rusiya ilə artan gərginlik fonunda gücləndirilmiş xidmət rejiminə keçirib. Bu barədə The Times nəşrinə NATO rəhbəri Yens Stoltenberq danışıb. Nəşrin məlumatına görə, NATO rəhbərliyi Rusiya aqressiyasına qarşı çoxlu saytda quru qoşunların hərbçilərini hazırlamaq istəyir. Stoltenberq dəqiq rəqəm göstərməyib. Lakin Böyük Britaniyanın NATO-dakı nümayəndəsi Adam Tomson iki ay ərzində 300 min  əsgərin gücləndirilmiş iş rejiminə keçiriləcəyini deyib.

Xudaferin.eu

11:45