NATO Parlament Assambleyasının yaz sessiyası Tbilisidə keçiriləcək

NATO Parlament Assambleyasının yaz sessiyası 26-29 may tarixlərində Tbilisidə keçiriləcək.

Xudaferin.eu-nun APA-ya istinadən verdiyi məlumata görə, bu, İtaliyada Gürcüstan baş naziri Georgi Kvirikaşvili və NATO Parlament Assambleyasının sədri Paolo Alli arasında keçirilən görüşlə bağlı Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda əksini tapıb.

G. Kvirikaşvili və P. Alli NATO Parlament Assambleyasının yaz sessiyasının 26-29 may tarixlərində Gürcüstan paytaxtında keçirilməsinin vacib olduğunu bildiriblər. 

Xudaferin.eu

00:11