NATO-nun Qarabağ və enerji təhlükəsizliyi bəyanatının şərhi: "Xeyrimizədir..."
Ekspertlər NATO baş katibi Yens Stoltenberqin Qarabağla bağlı verdiyi bəyanatı dəyərləndirdilər
NATO baş katibi Yens Stoltenberqin sentyabrın 27-dən etibarən Ermənistanın təxribatından sonra Qarabağ cəbhəsində baş verən müharibə ilə bağlı bəyanatı xüsusi diqqət çəkməklə yanaşı, bir çox məsələləri aktuallaşdırıb. Stoltenberq deyib ki, Qarabağdakı hərbi əməliyyatlar enerji təhlükəsizliyi məsələsini də risk altına qoyur.
Heç şübhəsiz ki, NATO rəhbərinin dediklərində söhbət Azərbaycanın regionda oynadığı enerji rolundan gedir. Bu da bir reallıqdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan enerji təhlükəsizliyinə risk daim qalacaq.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, belə bəyanatlar Azərbaycana dəstəkdir: “Birincisi, bu çox vacib bir bəyanatdır. Ona görə ki, o vaxt səslənib ki, ermənilər daimi münaqişə bölgəsindən kənarda olan Ermənistan ərazisindən hədəflərə atəş açırlar. Bu baxımdan təbii ki, NATO baş katibinin buna aid bəyanatı onu göstərir ki, bu cür əməllər NATO tərəfindən dəstəklənə bilməz. Çünki bu təhlükədir. Hesab edirəm ki, bu ilk növbədə, ermənilərin təxribat əməllərinə qarşı olan bir bəyanatdır. Hər halda, bunu belə başa düşməliyik. Bilirsiniz, bizdən bəzən şərhçilər, bəzən də camaat belə fikirləşir ki, bu bəyanatlar, sülhə, atəşkəsə çağırışlar bizə qarşıdır. Amma bu belə deyil.
Tofiq Zülfüqarov
Çünki ən çox sülhü istəyən tərəf bizik. Atəşkəsi də biz istəyirik. Amma cənab Prezidentin oktyabrın 5-də dediyi kimi, sülh, atəşkəs üçün də hansısa şəraitlər olmalıdır. Belə bəyanatlarla nəyəsə nail olmaq mümkün deyil. Məhz buna görə də cənab Prezident bu bəyanatları dəstəkləyib, amma korrektə verib. Bu şəkildə korrektə verib ki, qarşı tərəf ciddi şəkildə hazır olmalıdır və biz görməliyik ki, Ermənistan rəhbərliyi öz işğalçı siyasətindən uzaqlaşır, bəyan etməlidir ki, o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bizə qarşı işğalçı siyasətinə son qoyur. Biz belə bəyanatları vəziyyətimizə uyğun olaraq, qəbul etməliyik. Bu baxımdan düşünürəm ki, belə bəyanatları bizə dəstək kimi qəbul etməliyik”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədov məsələyə bu cür şərh verdi: “Biz NATO-nun Azərbaycan-Ermənistan arasında davam edən müharibəyə baxış bucağını nəzərə alsaq, görərik ki, bu qurum daxilində vahid mövqe yoxdur. Mövqelərdə bir qədər fərqliliklər var. Təbii ki, NATO-nun əsas lider ölkəsi olan Amerikanın münaqişəyə dair baxış bucağı və eyni zamanda NATO və Avropa İttifaqının vahid Avropa konsepsiyası çərçivəsində baxış bucağına nəzər yetirsək, o zaman əslində onlar Azərbaycanın Ermənistana qarşı apardığı mübarizəni de-fakto dəstəkləyirlər. Təbii ki, müxtəlif təşkilatlar, o cümlədən hərbi və siyasi təşkilatlar müharibənin dayandırılması, qan tökülməməsi ilə bağlı bəyanatlar verməlidirlər. Bu həmin təşkilatların imiclərini qorumaq üçün çox vacibdir. Siyasətdə əsas olan qapalı kuluarlarda, qapalı qapılar arxasında verilən qərarlar və dəstəklərdir. Belə bir halda biz görürük ki, anqlosak dünyası ilə, məsələn, Avropadakı Fransanın Cənubi Qafqazdakı münaqişəyə dair baxış bucağı kəskin şəkildə fərqlənir. Eyni zamanda Almaniya və Fransa arasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı baxış bucağı da fərqlidir. Hələlik biz onu deyə bilərik ki, istər NATO, istərsə də Qərb ölkələri olsun, 1-2 ölkəni çıxmaqla onlar Azərbaycanın bu haqq mübarizəsini defakto dəstəkləyirlər. O ki qaldı enerji layihələrinə, Cənubi Qafqazda sabitlik NATO və Avropa İttifaqı üçün prioritet məsələlərdən biri olmalıdır. Azərbaycan Çindən başlayaraq, Avropaya daşınan yüklərdə mühüm strateji orta xətt yolunu qoruyur.
Eyni zamanda Azərbaycan neft və qaz kimi çox vacib enerji resurslarının Avropaya daşınmasında, Avropaya ixracatında çox mühüm oyunçudur. Rəsmi Bakı NATO və Avropa İttifaqının iqtisadi, siyasi və hərbi müttəfiqlərindən Cənubi Qafqazda ən başlıcasıdır. Belə olan təqdirdə onlar Ermənistanın işğalçılıq siyasəti və bu yaxınlarda Qazax-Tovuz istiqamətində düşmənin təxribatı təbii ki, Avropanın enerji təhlükəsizliyinə də ciddi zərbə vura bilərdi. Ermənistan və onun havadarlarının tez-tez bu enerji layihələri ilə bağlı bəyanatları avtomatik Azərbaycan-Qərb yaxınlaşmasını labüd edir. İndiki halda Qərblə Azərbaycan-Britaniya-Azərbaycan, İsrail-Azərbaycan, Almaniya-Azərbaycan, İtaliya-Azərbaycan arasında ciddi şəkildə siyasi yaxınlaşmanın şahidiyik. Bütün bunlar da əbəs deyil. Ölkəmizdə son zamanlar baş verən dəyişikliklər, Azərbaycanın önəmli tərəfdaş kimi Qərb üçün rolu danılmaz faktlardandır”.

xudaferin.eu
10:44
Digər xəbərlər