NATO Latviyada hərbi təlimlərə başlayır

Bu gün Latviyada NATO-nun “Summer Shield” beynəlxalq hərbi təlimləri başlayır.

Xudaferin.eu-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlər “Adaji” poliqonunda keçiriləcək.

Təlimlərə Latviya, Litva, Estoniya, ABŞ, Kanada, Böyük Britaniya, Lüksemburq, Bolqarıstan, Rumıniya, Slovakiya, Almaniya və İsveçin hərbçiləri qatılacaq. Təlimlər aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, “Summer Shield” beynəlxalq hərbi təlimləri Latviyada 2004-cü ildən etibarən keçirilir.

Xudaferin.eu

15:53