NATO-dan maraqlı təhlil - İran rejimi azərbaycanlılarla niyə düşmənçilik aparır...
Faiq Ələkbərli: “Molla rejimi azərbaycanlıların hakimiyyətini necə qəsb etdiklərini yaxşı bildiyi üçün qorxur”
NATO analitiki, İtaliya Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan leytenantı Maurizio Geri İranın azərbaycanlılara qarşı düşmənçiliyinin səbəblərini açıqlayıb: "İranın azərbaycanlılardan qorxması. İranın Rusiya və Ermənistanla quru sərhədinin itməsindən qorxması. İran hakimiyyətinin azərbaycanlıların etirazlarından, rejimi dəyişdirmələrindən qorxması" . Bu barədə Təbriz Turan teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, analitik eyni zamanda bildirib ki, Avropa İttifaqı (Aİ) İranla mübarizədə Azərbaycana açıq şəkildə dəstək göstərməlidir:“Azərbaycan Prezidenti dünyada azsaylı dövlət başçılarındandır ki, İranın dövlət olaraq terroru dəstəklədiyini dilə gətirməyə hazırdır”.
İran Azərbaycana qarşı düşmənçilik siyasəti apardığını artıq gizlədə bilmir, bu o qədər qabarıq hal alıb ki, beynəlxalq analitiklərin diqqətini çəkir.
“NATO eksperti İranın azərbaycanlılara düşmən münasibətinin səbəbini aydın şəkildə izah edib”
AMEA-nın Fəsləfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində “NATO-nun analitikinin bu məsələlərlə bağlı fikirlərində böyük həqiqət var. İran adlanan ölkənin rəhbərliyinin azərbaycanlılardan qorxması təbiidir. Çünki fars rejimi azərbaycanlıların hakimiyyətini qanunsuz şəkildə 1925-ci ildə mənimsəyib. Pəhləvilər də, onlardan sonra hakimiyyətə gələn molla rejimi də qanunsuz olaraq hakimiyyəti tutublar. Bu baxımdan, fars rejiminin hakimiyyətdə olması qəbuledilməzdir. Uzun əsrlər hakimiyyətdə olan türk sülalələrinin sonuncusu fars şovinstləri tərəfindən xarici qüvvələrin köməyi ilə devrilib. Molla rejimi azərbaycanlıların hakimiyyətini necə qəsb etdiklərini yaxşı bildiyi üçün qorxur. Şübhəsiz ki, Azərbaycan türklərinin yenidən Tehranda hakimiyyətlərini bərpa etməmələri və soydaşlarımızın bu rejimdən ayrılmaması üçün müxtəlif yollara əl atırlar. Onlardan biri də Şimali Azərbaycana qarşı Ermənistandan istifadə edərək təxribat törətməkdir. İran adlanan ölkənin maraqlarının təmin edilməsi baxımından Ermənistanın indiki hkimiyyəti çox “mühüm yerə malikdir”. Ermənistanı Azərbaycanla daim qarşı-qarşıya qoymaqla öz qanunsuz hakimiyyətlərini sürdürməyə çalışırlar. Məqsəd isə budur ki, Azərbaycan türkləri birləşməsin, yaxud ayrılıb özlərinə ayrı dövlət qurmasınlar. Əlbəttə, NATO eksperti İranın azərbaycanlılara düşmən münasibətinin səbəbini aydın şəkildə izah edib”-deyə bildirdi.
F.Ələkbərli qeyd edir ki, Azərbaycan türklərinin öz hakimiyyətlərini qurması həm zəruridir, həm də tam mümkündür. Fars rejiminin hakimiyyətdə olmasının oradakı azərbaycanlılarla yanaşı başqa xalqlara da ədalətsizlik olduğunu deyən ekspert hesab edir ki, şübhəsiz, Güney Azərbaycanda soydaşlarımızla bağlı nə baş verirsə, diqqət mərkəzində olan ölkələrdən biri Azərbaycan Respublikası olur. “Azərbaycan Respublikasının atdığı hər bir addım Güney Azərbaycan məsələsində çox önəmli yer tutur. Prezident İlham Əliyevin bu məsələlərlə bağlı hər hansı bir fikri, ortaya qoyduğu mövqe, əlbəttə, İran adlanan ölkə üçün olduqca önəmlidir. Çünki orada hansısa yenilikllərin, dəyişikliklərin olması məhz Azərbaycanla, Azərbaycan Respublikası rəhbərliyinin çıxışları, mövqeyi ilə bağlıdır. Ancaq yeni dövrün situasiyası onu göstərir ki, Güney azərbaycanlıların molla rejimi ilə yollarını bu şəkildə davam etdirməsi mümkün deyil. Bu baxımdan, istər Azərbaycan Respublikasının Prezidenti, istərsə də Türkiyə Cumhuriyyətinin Prezidenti, o cümlədən bu məsələləri diqqət mərkəzində saxlayanlar da yaxşı bilirlər ki, molla rejimi ilə münasibətlər bu formada davam edə bilməz. Bunu Ermənistanda yaxşı anlayırlar. Zəngəzur dəhlizinin baş tutmaması üçün əllərindən gələni edirlər. Ermənistanla İran yaxın olsa da, Azərbaycanın, Türkiyənin və digər bir çox ölklərin mövqeyi İranın əleyhinə işləyir. Azərbaycanın mövqeyi daha da güclənir. Nə olursa olsun, İran adlanan ölkə artıq öz siyasətini Güney azərbaycanlıların varlığını danmaq üzərində qura bilməyəcək. Azərbaycanın varlığı gerçəkdir, rejimin azərbaycanlıların hüququnu verməsi ilə yalnız bölgədə sabitliyin olacağına inanırıq. Başqa bir formada isə bu ölkədə ciddi probelmlər çıxacaq...”-deyə qeyd edən F.Ələkbərli hesab edir ki, molla rejimi azərbaycanlıların 100 ilə yaxındır pozulan hüquqlarını bərpa etməsə, haqlarını tanımasa işə Azərbaycan dövlətinin və Türkiyənin, başqa dövlətlərin qarıması qaçılmazdır, NATO analitikinin də dedikləri bunlardır: “Molla rejimi konkert addımlar atmalıdır. Atmayacağı təqdirdə gerçəkliyi dəyişəcək qüvvə Güney Azərbaycan türklərinin yanı başında dayanan, onunla eyni həyatı, eyni tarixi siyasi, mədəniyyəti yaşamış olan Azərbaycan Respublikasıdır. Eyni zamanda Türkiyə Respublikası da bu məsələdə dəyişməz mövqeyində qalacaq”.

İradə SARIYEVA
Mənbə www.baki-xeber.com
Xudaferin.eu
12:07
Digər xəbərlər