NATO Baltikyani ölkələrdə təhlükəsizlik tədbirlərini artırır

 

Almaniyanın başçılıq etdiyi NATO döyüş qrupu Litvada Avropanın yüksək vəzifələri şəxsləri önündə hərbi manevlər nümayiş etdirir. Rusiyanın Krımı ilhaq etməsindən sonra NATO mümkün aqressiyanın qarşısını almaq üçün Baltikyani ölkələrə və Polşaya qoşunlar göndərmək qərarı verib.

“Bizlər Norveç, Belçika və Niderlanddanıq. Hər birimiz intensiv təlimlərdən keçmişik. Biz Litvaya edilə biləcək hücumun qarşısını almağa qadirik.” Rusiya NATO-nun bu addımını hədələyici adlandırıb. Bu səbəbdən, ruslar sentyabrda qonşu Belarus ərazisində irimiqyaslı təlimlər keçirməyi planlaşdırırlar.

“Biz NATO-nun hava hüdudlarını və sərhədlərini mühafizə edirik. Bu yalnız Rusiyaya deyil, qaydalara riayət etməyən hər bir ölkəyə şamil olunur.

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin müdafiəsinin təmin edilməsi üçün üzvlərdən daha çox pul ödənilməsi tələbi irəli sürmüşdü. Baltikyani ölkələr etiraz etməsələr də, Trampın ABŞ-Rusiya münasibətlərinə baxışları onlarda narahatlıq doğurur: “Biz ümid edirik ki, münasibətlərin dəyişməsi yeni nüfuz sahələrinin yaranması və mövcud beynəlxalq razılaşmaların pozulmasına səbəb olmayacaq.”

Litva son hadisələrdən sonra Kalininqrad ilə hasar sərhəd inşa etmək qərarı verib.

“Əvvəl də dediyim kimi, biz ən pisə hazır olmalıyıq. Təxribatlar da baş verə bilər. Estoniya ilə sərhəddə gömrükçünün qaçırılması buna misaldır.”

Litva və Polşa arasında olan Kalininqrad Rusiya üçün strateji bir ərazidir. Orada rusların Baltik donanması və ballistik raketləri yerləşir. Sakinlər buna görə ehtiyatlıdırlar.

“Kalininqrad kiçik bir ərazi olduğundan, biz də daxil olmaqla, xeyli sakin narahatdır.”

Buna baxmayaraq, əksinə düşünənlər də var.  “Kiminsə belə riskə gedəcəyi inandırıcı deyil. Düşünmürəm ki, NATO və ya Avropa Birliyi düşmən əhval-ruhiyyəsindədir.”

Amma, hər ehtimala qarşı Baltikyani ölkələr NATO-nun Rusiyanın sentyabr təlimlərindən öncə bir tədbir görəcəyinə ümid edirlər.

Amerikaninsesi.org

11:45