Son illərdə Azərbaycanda ən çox müzakirə olunan sosial məsələlərdən biri də uşaqlara dövlət dəstəyinin — yəni , uşaqpulunun verilməsi mövzusudur. Cəmiyyətdə bu barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri hesab edir ki, uşaqpulunun verilməsi ailələrin sosial rifahını yaxşılaşdıra bilər. Digərləri isə bunun dövlət büdcəsinə əlavə yük yaradacağını düşünür.
Düşünürəm ki , bu məsələyə emosiyalarla deyil ; sağlam məntik və dövlətçilik baxımından yanaşmaq daha doğru olar.
Statistik məlumatlara görə hazırda Azərbaycanda 14 yaşına çatmamış iki milyondan çox uşaq yaşayır. Əgər dövlət hər uşağa aylıq müəyyən məbləğdə yardım versə ; bu, büdcədən milyardlarla vəsait tələb edə bilər. Təbii ki, hökumətin bu məsələdə ehtiyatlı davranmasının müəyyən iqtisadi səbəbləri vardır. Dövlət uzunmüddətli maliyyə öhdəliklərini, sosial sistemdə mümkün sui-istifadə hallarını və əmək bazarına təsirləri nəzərə almağa çalışır.
Lakin məsələnin digər tərəfi də vardır : uşaqpulunun verilməməsinin cəmiyyətə və gələcəyə təsiri necə ola bilər...?!
Bu gün dünyada bir çox inkişaf etmiş dövlətlər uşaqlara verilən sosial dəstəyi xərc deyil ; gələcəyə yatırım hesab edir. Almaniya, İsveç, Norveç, Fransa, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə ailələrə müxtəlif formada dövlət yardımları göstərilir. Çünki müasir dövlət anlayışında uşaq sadəcə ailənin deyil ; həm də ölkənin gələcəyidir.
Bu uşaqlar gələcəkdə müəllim, mühəndis, həkim, alim, sahibkar, hərbçi və vergi ödəyicisi olacaqlar. Dövlətin iqtisadi gücü də məhz savadlı, sağlam və sosial baxımdan təmin olunmuş insan kapitalı ilə formalaşır.
Son illərdə Azərbaycanda da ailələrin sosial yükünün artdığı müşahidə olunur. Mənzil, təhsil, qida və tibbi xərclərin yüksəlməsi xüsusilə çoxuşaqlı ailələr üçün müəyyən çətinliklər yaradır. Bu vəziyyət bəzi gənc ailələrin uşaq sahibi olmaq qərarına təsir göstərir. Nəticədə doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və əmək bazarında gələcək risklər ortaya çıxa bilər.
Məhz buna görə də bir çox mütəxəssislər hesab edir ki, uşaqlara dəstək məsələsinə yalnız sosial yardım kimi yox ; həm də strateji dövlət siyasəti kimi yanaşmaq lazımdır.
Burada ən vacib məsələ balansın qorunmasıdır. Yəni, həm dövlət büdcəsinin imkanları nəzərə alınmalı ; həm də ailələrin sosial ehtiyacları diqqətdən kənarda qalmamalıdır.
Fikrimizcə : bu istiqamətdə mərhələli və düşünülmüş addımlar atmaq mümkündür.
Məsələn :
-- aztəminatlı və çoxuşaqlı ailələr üçün xüsusi dəstək proqramları genişləndirilə bilər ;
-- uşaqlı ailələrə müəyyən vergi güzəştləri tətbiq oluna bilər ;
-- işsiz valideynlər üçün müvəqqəti sosial yardım mexanizmləri gücləndirilə bilər ;
-- uşaqların təhsil və sağlamlıq xərclərinə əlavə dövlət dəstəyi artırıla bilər.
Bu addımlar həm ailələrin sosial vəziyyətini yaxşılaşdıra, həm də gələcəkdə ölkənin insan kapitalını gücləndirə bilər.
Strateji baxımdan dövlətin ən böyük sərvəti yalnız təbii resurslar deyil ; insan kapitalıdır !
Neft tükənə bilər, iqtisadi şərtlər dəyişə bilər, siyasi münasibətlər zamanla yenilənə bilər. Ancaq güclü dövlətin əsas dayağı sağlam, savadlı və vətəninə bağlı insanlardır. İnsanların davamı isə uşaqlardır. Uşaqlara göstərilən qayğı əslində ölkənin gələcəyinə göstərilən qayğıdır.
NƏ ÜÇÜN UŞAQPULU VERİLMƏLİDİR...?!

Müəllif : Qəvami Sadıqbəyli
4 iyun 2026-cı il.
Xudaferin.eu
13:30
Digər xəbərlər