Myanmada həbs edilən jurnalistlərin saxlanılma müddəti uzadılıb

Myanmada dekabr ayının əvvəlindən həbsdə olan Reuters agentliyinin iki jurnalistinin saxlanılma müddəti iki həftə uzadılıb.

Xudaferin.eu-nun məlumatına görə, Ka Van Lo və Ko Kya So Məxfilik Aktını pozmaqda ittiham edilir.

Qeyd edək ki, jurnalistlər Rakhayn vilayətində Rohinca müsəlmanlarına qarşı qəddar, etnik təmizləmə kampayası haqqında material hazırladıqlarına görə həbs olunublar.

Onlar 14 il müddətində azadlıqdan məhrum edilə bilərlər.

Xudaferin.eu

00:44