Muzey və arxivlərdə mühafizə edilən milli dəyərlər

 

Bu qlobal mövzuda Respublika elmi konfransı keçirilib
 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda birinci respublika elmi konfransı keçirilib. İki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı konfransın əhəmiyyətindən danışıb, iştirakçılara elmi işlərində uğurlar arzulayıb.

Plenar iclasda tarix elmləri doktoru Nərgiz Əliyeva “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kitab və dövri mətbuat xəzinəsi”, tarix elmləri doktoru Zemfira Hacıyeva “Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin Azərbaycan elminə töhfəsi”, kənd təsərrüfatı elmləri doktoru Rəna Mirzəzadə “Böyüməkdə olan nəsildə və gənclərdə vətənpərvərlik və tarixi yaddaşın formalaşmasında Torpaq muzeyinin rolu”, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli “Müasir cəmiyyətin muzeyləri: yeni çağırışlar” mövzusunda məruzələrlə çıxış ediblər. Konfransın ikinci bölməsində də məruzələr dinlənilib və diskussiyalar aparılıb. Məruzələrdə Azərbaycan tarixi üçün aktual olan problemlərə toxunulub, gələcək nəsillərin yetişməsində muzeylərin əhəmiyyəti göstərilib.

Xudaferin.eu

09:48