Muzey Mərkəzində Niyaz Nəcəfovun fərdi sərgisi açılacaq

 

Noyabrın 27-dən dekabrın 2-dək Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Niyaz Nəcəfovun fərdi sərgisi keçiriləcək.

Sərgi Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Niyaz Nəcəfovun əsərləri Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009–cu ildə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Rəssamın əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Həmçinin onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:45