Müəyyən bölgələrdə qarşılıqlı təxliyyə işləri başa çatıb

Suriyada Bəşər Əsəd rejimi və rejim tərəfdarı xarici terrorçuların mühasirəsində olan Şərqi Hələbdən və müxalifətin nəzarətindəki Fua və Kefreya bölgələrindən qarşılıqlı təxliyyə işləri başa çatıb.

Suriyada Bəşər Əsəd rejimi və rejim tərəfdarı xarici terrorçuların mühasirəsində olan Şərqi Hələbdən və müxalifətin nəzarətindəki Fua və Kefreya bölgələrindən qarşılıqlı təxliyyə işləri başa çatıb. Şərqi Hələbdən ümumilikdə silahlı müxalifləri daşıyan 5 avtobus, 30 maşından ibarət son təxliyyə karvanı yola düşüb. Ramusendəki rejimə məxsus nəzarət məntəqələrindən hərəkət edən min nəfərə yaxın təxliyyə qrupu Hələbin qərbində yerləşən müxalifətin nəzarətindəki Raşidin bölgəsinə üz tutub.
Hələbin şərqindən müxalifətin də çıxması ilə Hələb şəhər mərkəzinə nazərət tamamilə Əsəd ordusu və rejim tərədarı xarici qrupların əlinə kəçib. Təxliyyələrin başladığı 15 dekabrdan bəridir Hələbdən 45 minə yaxın mülki vətəndaş və müxalifət mənsubları yüzlərlə avtobus və minlərlə mülki maşınlarla Hələbdən çıxıb. Rejim tərəfdarı xarici terrorçu qrupların nəzarət etdiyi Fua və Kefreyadan isə cəmi 2 min nəfər təxliyyə edilib. Türkiyə ilə Rusiyanın başçılığında təmin edilən atəşkəs və təxliyyə prosesinə dair razılaşmaya əsasən, Şərqi Hələbdəki prosesin tamamlanması ilə Deməşqdə rejim qüvvələrinin mühasirəsində olan Madaya bölgəsi və Zebadani qəsəbəsindən çıxışlara başlanılacaq. Aclıqdan ölüm hallarının yaşanması ilə gündəmə gələn iki bölgədən  min 500 nəfərin İdlibə nəql ediləcəyi nəzərə alınıb.

Xudaferin.eu

15:18