Müsəlman ölkəsində növbəti terror - 40 ölü, 30 yaralı

Kabildə bir-birinin ardınca törədilən iki terror aktı nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. İnformasiyaya əsasən, birinci partlayış bu gün səhər saatlarında şəhərin qərbində törədilib.

Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Terror aktından sonra atışma səsləri eşidilib. Bir qədər sonra ikinci partlayış barədə xəbər yayılıb. Hadisə zamanı daha 30 nəfər yaralanıb.

Xudaferin.eu

16:36