Müşfiq Cəfərov: Hazırda əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin müvəffəqiyyətlə başa çatdırılmasıdır
Prezident İlham Əliyev BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndirici nümayəndəsini qəbul edərkən BMT-nin, ATƏT-in Minsk qrupunun 30 ilə yaxın olan fəaliyyətsizliyini xüsusi olaraq vurğuladı. Ölkə başçısının da qeyd etdiyi kimi, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəfələrlə ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda müzakirəyə çıxarsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı şuranın qəbul etdiyi 4 qətnamə icra olunmadı. “Ermənistana qarşı sərt sanksiyalar tətbiq olunsaydı, müharibə etmədən, qan tökülmədən münaqişə həll olunar və regionda sabitlik bərqərar ola bilərdi” , -deyə M.Cəfərov əlavə edib.
Deputatın sözlərinə görə, ATƏT–in Minsk qrupunun BMT-nin qətnamələrinin icrası üçün lazımi mandatı və səlahiyyəti olsa da, 28 il ərzində heç bir əməli fəaliyyət nümayiş etdirmədi. Sırf bu yanaşmadan da müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur etməyən beynəlxalq birliklərin üzərinə düşür.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altına rəşadətli Azərbaycan Ordusu BMT TŞ-nın qətnamələrini özü yerinə yetirdi və beynəlxalq hüququn tələblərini, ədaləti bərpa etdi.
Artıq müharibə bitib, münaqişə həll olunub, hər iki dövlətin əsas məqsədi sülh imzalayıb, regionda sabitliyin təmin olunmasına cəhd etməkdir. Azərbaycan humanist tərəf olaraq üçtərəfli Bəyanatın tələblərinə tam riayət edir, Ermənistan isə hər vəchlə sülh prosesini uzadır. Çünki qarşı tərəf məğlubiyyət acısı ilə barışa bilmir. Münaqişə və nifaq heç bir ölkəyə xeyir gətirməyib, əksinə, ziyan vurub. Ermənistan rəhbərliyi də bunu anlamalı və öz ölkəsinin gələcəyi üçün sülh danışıqları üçün masa arxasına oturmalıdır” , -deyə deputat vurğulayıb.
M.Cəfərov bildirib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq torpaqlarımızı düşməndən təmizlədik. Hazırda əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin müvəffəqiyyətlə başa çatdırılmasıdır: “Biz istəyirik ki, həmin ərazilər bərpa olunduqdan sonra insanlar uzun illər həsrət qaldıqları evlərinə qayıtsınlar. Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir”.

Xudaferin.eu
13:00
Digər xəbərlər