Müsavat Partiyası: “Ölkədə sərbəst toplaşmaya qeyri-rəsmi qadağa var”

 

Müsavat Partiyası noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi piketin qətnaməsini yayıb. Sənəddə Azərbaycan hakimiyyətinin insan haqlarını pozması tənqid edilir.
 

Müəlliflər ölkədə haqsızlığın durmadan artdığını bildirirlər: "Korrupsiya və rüşvətxorluq yolu ilə milli sərvətlərin talan edilməsi, ölkədə normal siyasi rəqabət şəraitinin olmaması, siyasi rəqiblərin, tənqidçi jurnalistlərin təqiblərə və repressiyalara məruz qalması, həbs edilməsi, ağır sosial-iqtisadi durum ictimai narazılığı son həddə çatdırıb".

Xalqın öz iradəsini azad seçkilər vasitəsilə ifadə etməsinə imkan verilməməsi, sərbəst toplaşma hüququnun kobud şəkildə pozulduğu vurğulanır. Müəlliflər sərbəst toplaşma azadlığını məhdudlaşdıran Əliyev hakimiyyətinin Azərbaycanda küçə yürüşləri, nümayişləri və piketlərin keçirilməsinə qeyri-rəsmi qadağa qoyduğunu bəyan edirlər. Son olaraq müəlliflər bu qadağanın dərhal aradan qaldırılmasını, Azərbaycanda, ölkədə sərbəst toplaşma azadlığının bütün formalarda təmin olunmasını tələb edirlər.

 

Saxlanılan müsavatçılar sərbəst buraxıldı

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib.

Etiraz aksiyasında iştirak edən müsavatçılar hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əməl etməyə səsləyib, “Azadlıq!” , “İstefa!” şüarları səsləndiriblər. Piketçilər qətnamələrini oxumağa nail olublar. Qətnamə oxunandan həmən sonra 9 müsavatçı saxlanılıb.  Saxlanılan müsavatçılar Səxavət Soltanlı, Müstafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli, Zeynal Zeynalov, Vidadi Zamanov, Elman Fəttah, Əziz Məmiyev, Rəhim Yaqublu, Tofiq Yaqublu Bakı Şəhəri Səbaıl Rayonu Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb,şifahi xəbərdarlıq olunduqdan sonra sərbəst buraxılıblar.

Muxalifet.az

09:57