Musa Aşüftə: “Seçki nəticələrində Zəngan və Həmədan Azərbaycandan ayrı düşdülər”
İran mollakrat rejimində son prezident seçkilərinin müxtəlif bölgələrdəki nəticələrini dəyərləndirən Musa Aşüftə Güney Azərbaycanının üç sərhəd vilayətində açıqlanan nəticələrlə türklərin yaşadığı digər bölgələrdəki nəticələrin fərqləndiyinə diqqət çəkir. “Amerikanın Səsi” radiosuna açıqlama verən Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Musa Aşüftənin fikrincə, “Azərbaycanda gedən kimlik hərəkatından bir az qıraqda qalan və milli mücadilədə üzərində yetərincə çalışılmayan” türklər son seçkilərdə fərqli bir mövqe sərgiləyiblər.
Musa Aşüftənin sözlərinə görə, “2009 və 2013-cü illərin seçkilərinə görə, son seçkilərdə toplumun dərin istək və ehtiyacları daha az gündəmdə oldu. Bu seçkilər keçmişdəki seçkilərdə olduğu qədər ictimai hərəkatların fəaliyyət sahəsinə çevrilmədi. O cümlədən, milli hərəkatlar, qadın hərəkatı və ya demokratiya hərəkatları. Seçkilər ümumiyyətlə sistem içində olan şəxslərin və təfəkkürlərin rəqabətinə çevrildi.”
Mən türk fəalların çalışmalarını keçən dönəmlərə görə daha az gördüm. Bunun bir səbəbi onların passivliyi ola bilər. Bir də ümumiyyətlə, ictimai hərəkatlar seçkilərə çox isti yanaşmadılar.
O, əlavə edir: “Türk aydınlar və fəalların çalışmalarını keçən dönəmlərə görə daha az gördüm. Bunun bir səbəbi onların passivliyi ola bilər. Bir səbəbi də budur ki, ümumiyyətlə ictimai hərəkatlar və ictimai fəallar seçkilərə çox isti yanaşmadılar.”
Aşüftə bu dönəm seçki kampaniyalarında türklərin tələblərinin gənclər və tələbələr tərəfindən gündəmə gətirildiyini önə çəkir. Keçmiş dönəmlərdə olduğu kimi, bu il də qeyri-fars fəalların nüfuzlu olduğu bölgələrdə seçkilərdə iştirak səviyyəsi aşağı olub. Rəsmi açıqlamalara görə, iştirak səviyyəsinin ən aşağı olduğu 5 vilayət müvafiq olaraq, Loristan, Kürdüstan, Xuzistan (Əhvaz), Güney Azərbaycanın Doğu və Batı bölgələri olublar.
Musa Aşüftə başqa bir xüsusun da önəmli olduğunu vurğulayır. O, Doğu və Batı Azərbaycan vilayətləri, habelə Ərdəbildə səslərin çoxunun Həsən Ruhaniyə getdiyinə, türklərin yaşadığı Zəngan, Həmədan və Mərkəz kimi digər vilayətlərdə isə muhafizəkar namizəd İbrahim Rəisinin daha çox səs aldığına diqqət çəkir: “Seçimlərin legitimliyi məsələsi qıraqda qalsın, nəticələrin analizində çox önəmli nöqtələr var. Bunlardan biri, qeyri-fars bölgələrin səsidir. İki faktı aydın şəkildə gördüm. Birinci və ən önəmli fakt budur ki, müəyyən bir kimlik təməlində bir inteqrasiyanın təşkil olduğu bölgələrdə Həsən Ruhani səs qazandı. Misal üçün türk kimliyinin daha qabarıq olduğu və bu kimliyin simvolu sayılan Azərbaycanın üç (sınır) bölgəsi Həsən Ruhaniyə səs verdi. Amma türklərin səsinin analizi sadəcə bu üç vilayətə məhdud olmur.”
O, türklərin çoxluq təşkil etdiyi Zəngan və Həmədan kimi vilayətlərdə ən çox səsin İbrahim Rəisiyə verildiyini belə şərh edir: “Muhafizəkarlar bu dövr yoxsul bölgələrin səsi üstündə səs qazandılar. Bununla da, yoxsulluq dərəcəsinin yüksək olduğu və eyni zamanda müəyyən bir etnik kimliyin siyasi nüfuza sahib olmadığı bölgələr İbrahim Rəisiyə səs verdilər. Bunlar yoxsul olan və kimlik baxımından çox qabarıq bir etnik özəlliyə sahib olmayan bölgələrdir...”
Azərbaycanda gedən kimlik hərəkatından bir az qıraqda qalan Həmədan, Mərkəz və Qum vilayətlərində Rəisinin səsi çoxdur. Həmişə islahatçılara səs verən Zəngan da bu dəfə üç (sınır) vilayətdən ayrı düşüb və Rəisiyə səs verib.
2009 seçkiləri və qismən 2013 seçkilərində Tehran və Güney Azərbaycanda fəaliyyət göstərən türk aydınlar və ictimai fəallar namizədlər və ya onların təmsilçiləri ilə görüşərək tələblərini ortaya qoymuşdular. Lakin, bu dəfə həmin yöndə fəaliyyətlər həyata keçirilmədi. Musa Aşüftənin dediklərinə görə, bu durumda tələbləri müzakirə etmək millət vəkilləri vasitəsi ilə mümkün ola bilər. “Keçən dönəmlərdə reformçu namizədlər və onların təmsilçiləri ilə görüşmələr və müzakirələr oldu. Bu seçimlərdə isə durum belə olmadı. İndi bizim üçün ən əlverişli kanal millət vəkilləridir. Bu hökümətin toplumla təmasını zəif görürəm. Yəni bizim ictimai hərəkatlar ya fəallar vasitəsilə bu hökümətlə təmasa keçməyimiz çətin olacaq. Keçən məclis seçimlərindəki müsbət təcrübə, bir çox millət vəkilinin türk söyləminə müsbət şəkildə yanaşması və Türk Fraksiyasının heç olmasa sözünün ortaya qoyulması göstərdi ki, biz millət vəkilləri ilə əlaqə saxlayaraq istəklərimizi daha yaxşı mərkəzə çatdıra bilərik.”

Amerikaninsesi.org
09:40
Digər xəbərlər