Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Mürtəza Muradpur azadlığa buraxılıb. Bu haqda onun qardaşı Fərdin Muradpur məlumat verib. 65 gün aclıq aksiyası keçirən 29 yaşlı fəal anasının xahişiylə öncə aksiyanı dayandırmışdı. Dekabrın 29-da axşam o, sərbəst buraxılıb.
Fərdin Muradpur qardaşını dərhal xəstəxanaya götürdüklərini deyir. Həkim müayinəsindən keçdikdən sonra böyrəklərinə və ürəyinə ciddi ziyan dəymədiyi bəlli olub: «Sadəcə, bədəni susuz qaldığından və aclıq çəkdiyindən ağrıları var. Həkimlər tədricən bunun keçəcəyini deyirlər. İndi evdədir, istirahət edir».
Ana dilində təhsil və Urmu gölünün qurumasının qarşısının alınmasını tələb edən fəal bir neçə dəfə həbs olunub. Mürtəza Muradpur azadlığa buraxılması tələbiylə aclıq edirdi. İran cəza qanunlarına görə, o, cəzasının yerdə qalanını çəkmədən sərbəst buraxıla bilərdi. Onun həbsdən çıxmasına 9 ay qalırdı. Aclıq aksiyası zamanı onun səhhətinin pisləşdiyi, hər an komaya girə biləcəyi deyilirdi.
Qeyd edək ki, Mürtəza Muradpurun bunca dirənişçi olması, iradəsinə uyğun bir şəkildə mübarizə aparması Güney Azərbaycan Milli Hərəkatının onminlərlə fəal tərəfdarları arasında çox böyük bir ruh yüksəkliyi ilə qarşılanıb. Güney Azərbaycanın hər bir yerində ana dilində təhsil, bölgələrin sosial-iqtisadi inkişafı üçün problemlərin həlli, ekoloji baxımdan problemli olan bölgələrin durumunun yaxşılaşdırılması tələbləri bu dəfə fərdi şəkildə deyil, bütövlükdə milli dirəniş və mili iradə çərçivəsində davam etdiriləcəyi bildirilir.
Mürtəza Muradpur azadlıqda

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”
12:13
Digər xəbərlər