“Müqəddəs inək” filmi Rumıniya festivalında

Rumıniyanın Kluj şəhərində keçirilən “Docuart Fest-2016” sənədli filmlər festivalında Azərbaycanın gənc rejissoru İmam Həsənovun “Müqəddəs İnək” filmi nümayiş etdirilib. “Daçia” kinoteatrında nümayiş etdirilən film rumın tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 77 dəqiqəlik filmin rejissoru və ssenari müəllifi İmam Həsənov, operatoru Sərvər Cavadov, prodüserləri rumın mənşəli Andrea Popesku və Stefan Klusdur. Filmdəki hadisələr Avropadan cins inək alıb kəndə gətirmək istəyən bir nəfərin bu arzusuna qarşı başlanan söz-söhbət ətrafında cərəyan edir. "Müqəddəs inək" filmi müasir Azərbaycan kənd həyatından və sakinlərin mentalitetindən bəhs edir.

Xudaferin.eu

13:51