Muqabe və onun həyat yoldaşı məhkəmə təqibinə qarşı immunitet alıblar

 

Zimbabvenin sabiq prezidenti Robert Muqabe və onun həyat yoldaşı məhkəmə təqibinə qarşı immunitet əldə ediblər.

Bunu Zimbabve müdafiə qüvvələrinin nümayəndəsi Overson Maqvisi bildirib. Onun sözlərinə görə, tərəflər arasında ölkənin sabiq liderinə və həyat yoldaşına Zimbabve ərazisində qalmağa icazə verən razılaşma da əldə olunub. Xatırladaq ki, 93 yaşlı Robert Muqabe noyabrın 21-də istefa verib. Elə həmin gün prezidentin impiçmenti məsələsini müzakirə edən parlament bu qərarı alqışlayıb. Yeni dövlət başçısının hakim partiya tərəfindən namizədliyi dəstəklənən sabiq vitse-prezident Emmerson Mnanqaqva olacağı gözlənilir. Noyabrın 24-də onun inauqurasiya məsimi keçirilməlidir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

10:20