Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri cənab Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ​Xudaferin.eu Musavat.com-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.

Xudaferin.eu

11:56