Müdafiə Nazirliyi: Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi atəşə tutulur

Vətən müharibəsinin 23-cü günündə Tərtər cəbhəsində durum gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri 19 oktyabr, səhər saat 6-dan başlayaraq yenidən Tərtər istiqamətində atəşi davam etdirib.

Ötən günlərdə olduğu kimi düşmən dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alır.
Hədəf kimi seçilən yerlər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır.

“Yeni Müsavat”ın cəbhə bölgəsində olan reportyoru xəbər verir ki, düşmənin nizamsız atəşlərinə Azərbaycan Ordusunun hissələri qarşılıq verir, atəş nöqtələrinin məhvi istiqamətində tədbirlər görür. Hazırda döyüşlər davam edir.

Qeyd edək ki, 27 sentyabr, səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 2 həftəlik döyüşlərdən sonra Ermənistan tərəfinin yalvarışları nəticəsində Rusiyada humanitar atəşkəs razılaşması əldə olunub. 1 gün sonra - 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə nüvə başlığı daşıya bilən R-17 Elbrus (Skad B) raketi atılıb. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.

Düşmənin Gəncəyə növbəti namərd hücumu oktyabrın 16-dan 17-ə keçən gecə baş verib. Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb. Həlak olanlardan 3-ü uşaqdır.

Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanın gecə yarısı evlərində yatmış mülki vətəndaşlarına qarşı hərbi cinayət törətməklə humanitar atəşkəs razılaşmasını faktiki olaraq aradan qaldırıb. Cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir, geri çəkilməyə məcbur edir. Düşmən hərbi texnikaları, yaralı və meyitləri döyüş meydanında qoyaraq qaçır.

Azərbaycan əsgəri yeni tarix yazır!

Xudaferin.eu

10:49