Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması məlumatı yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Xudaferin.eu

15:24