24 fevral 2022-ci tarixində Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü yalnız Avropa qitəsini deyil ; bütövlükdə beynəlxalq münasibətlər sistemini sarsıtdı. Qərblə Rusiya arasında formalaşan yeni qarşıdurma xətti artıq "soyuq müharibə" deyil ; açıq və çoxşaxəli geosiyasi toqquşmadır. NATO-nun şərqə doğru genişlənməsi ilə Rusiyanın imperial iddiaları arasında baş verən bu savaş ; dünyada yeni güc düzəni uğrunda mübarizəni daha da sərtləşdirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan qardaş Türkiyənin siyasi dəsdəyi ilə Ermənistana açıq və gizli şəkildə yardım edən Rusiya, ABŞ və Fransa kimi qüvvələrə siyasi - hərbi müstəvidə müqavimət göstərərək tarixi qələbə qazandı. Bu zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil ; həm də Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsi demək idi.
Zəfərdən sonra Azərbaycan yalnız hərbi yox, həm də iqtisadi və diplomatik sahələrdə böyük addımlar atdı.
-- Azərbaycan Avropanın 12 ölkəsinə qaz ixrac edir. TANAP, TAP və Zəngəzur dəhlizi layihələri ilə regionun nəqliyyat və enerji qovşağına çevrilir.
-- Ordu quruculuğu, diplomatik fəallıq və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan artıq təkcə Qafqazda deyil, Mərkəzi Asiya–Qara dəniz xəttində də nüfuzlu aktordur.
Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə canlanan Türk Dövlətləri Təşkilatı (TDT) artıq mədəni-iqtisadi platforma orbitindən çıxaraq ; siyasi və təhlükəsizlik ittifaqına çevrilməkdədir. --- Orta Asiya, Qafqaz və Anadolunu birləşdirən bu yeni güc xətti gələcəkdə Avrasiya məkanında Rusiya və Çinlə müqayisə edilə biləcək strateji blok ola bilər.
-- 47 il boyunca Türkiyə dövlətini daxildən zəiflədən PKK terror təşkilatı 2025-ci ildə silahlı fəaliyyətini dayandırdığını və özünü buraxdığını elan etdi. Bu, Türkiyənin PKK-nın arxasında dayanan və onu silahlandran başda ABŞ olmaqla "Kollektiv Qərb", və Rusiya üzərində
təkcə hərbi uğuru deyil, həm də diplomatik və psixoloji zəfəridir. Türkiyə öz daxilində milli birlik və sabitliyi bərpa etməklə regional güc statusunu daha da möhkəmləndirir.
-- Siyasi reallıqlar dəyişdikcə Yaxın Şərqdə yeni konfiqurasiya yaranır. Türkiyənin öndərliyində Suriya, İraq və bəzi ərəb ölkələrinin razılığı ilə Türk–Kürd–Ərəb əməkdaşlığı platforması formalaşmaqdadır. Bu təşəbbüs bölgədəki gərginliyi azaltmaqla yanaşı, enerji, təhlükəsizlik və qaçqın məsələlərinin həllində ortaq yanaşmanı təşviq edir.
Azərbaycan Rusiyanın iştirakı olmadan Ermənistanla sülh müqaviləsini imzalamağa yaxındır. Bu səbəbə görə son günlər Rusiya özünü Azərbaycana qarşı aqresiv aparır.
Azərbaycan Bakıda həm İsrail həm də Suriya ilə danışıqlar aparır.
Bütün bunlar proseslərə dövlət marağından baxmağı tələb edir.
Bu dəyişikliklər fonunda Azərbaycan sadəcə iştirakçı deyil, təşəbbüskar və əlaqələndirici qüvvədir. Prezident İlham Əliyevin balanslı, praqmatik və çoxvektorlu siyasəti sayəsində ölkəmiz həm Türk dünyasında, həm İslam aləmində, həm də Qərb–Şərq dialoqunda etibarlı tərəfdaş və sabitlik adası kimi tanınır.
Bütün bu faktlar göstərir ki : müasir dövrün siyasi reallıqları artıq təkqütblü deyil.
Yeni dünya düzəni formalaşır və Azərbaycan bu düzənin fəal memarlarından biridir. Türkiyə ilə strateji müttəfiqlik və Türk Dünyasının yüksəlişi XXI əsrin ən mühüm geosiyasi tendensiyalarındandır.
MÜASİR DÖVRÜN SİYASİ REALLIQLARI .....

Qəvami Sadıqbəyli.
Xudaferin.eu
20:51