Tahir Əmiraslanovun baş direktoru olduğu Azərbaycan Milli Kulinariya Mərkəzinin ( AMKM) aşpazları ; 44 günlük Vətən müharibəsi zamanı əsgərlərimiz üçün yeməklər bişirir , onların döyüş ruhunin yüksəlməsinə təkan verirdilər.
Müharibənin gedişində aşbazlar da təhlükə ilə üzləşirdilər.
Buna baxmayaraq , o zaman AMKM
oktyabrın 20-də hərbi hissələrdə kulinariya gününü qeyd edərək, düşmənlə döyüşən ordumuza mənəvi - psixoloji cəhətdən dəstək oldu.
Məhz həmin gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Zəngilanın azad edilməsini xalqımız ; o cümlədən kulinarlarımız üçün hədiyyə etdi. Bu şad xəbərdən sonra bütün xalqımız inanırdı ki, tezliklə Şuşa da azad olunacaq.
Müharibədən sonra 2021-ci ilin avqustunda Şuşada Beynəlxalq Kulinariya Festivalı keçirildi.
Tədbirdə bir çox ölkədən də kulinarlar iştirak etdi. O zaman Festivala dəstək olmaq əvəzinə ; müxtəlif bəhanələrlə hərbi xidmətdən qaçan - Fərhad Aşurbəyli və Orxan Muxtarov AMKM -in baş direktoru Tahir Əmiraslanovun əlehinə dünya təşkilatlarına həqiqətə uyğun olmayan yazılar yazırdı.
Amma kimlərinsə himayəsiylə müharibə zamanı xidmətdən
qaçanları Şuşaya festivala apardılar.
Lakin 6 aşpazı şəhid olmuş AMKM-nın , 82 aşpazından heç birini festivala buraxmaq istəmirdilər.
AMKM ətrafında baş verən bir çox sirrlər hələ də açılmayıb.
Maraqlıdır kulinariyamızla bağlı gizli məqamlar nədən ibarətdir..?
Vətənpərvər və peşəkar kulinariya işçilərimizi - aşpazlarımızı Festifala nə üçün və kimlər buraxmaq istəməyib...?!
O zaman peşəkar aşpaz Stalik Xankişiyev baş verənləri görüb, bu haqsızlığa etiraz edərək yuxarı dövlət təşkilatlarına yazılı məktublar göndərirdi.
Stalik Xankişiyev hər zaman AMKM-ə
dəstək verirdi.
Arayış üçün bildiririk ki :
Tahir Əmiraslanov -- 14 Mart 1958- ci ildə Azərbaycanın Tovz rayonunun Qovlar qəsəbəsində doğulmişdur.
1993-cü ildə Azətbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən "Usta-Aşpaz",
2007-ci ildə Yekaterinburq hökuməti tərəfindən "İctimai İaşə Ustası"adını almışdır.
Hazırda Başqırdıstanın, Çuvaşiyanın Usta-Aşpazıdır. 2017-ci ildə Tahir Əmiraslanov Dünya Usta-Aşpazı ixtisas dərəcəsinə layiq görülüb. O həm də Dünya Kulinariya Mədənıyyəti Ustasıdır.
Tahir Əmiraslanov tarix üzrə fəlsəfə doktoru , Gürcüstan BMEA-nın professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür.
2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasında Kulinarologiya (nutrisiologiya, texnologiya və gastrosifiya) bölməsinə sədr seçilmişdir.
Stalik Xankişiev (Stanislav Hüseyn oğlu Xankişiyev)
2 fevral 1962-ci ildə Özbəkistan SSR-nin Fərqanə vilayətində anadan olmuşdur.
Stalikin - Atası azərbaycanlı, anası isə almandır.
Atası Fərqanə Politexnik İnstitutunda müəllim işləyib.
Stalik Xankişiyev peşəkar aşpaz olmaqla yanaşı ; kulinariyaya aid çoxsaylı kitabların müəllifi kimi Rusiyada çox məşhurdur.
O, bir sıra telekanallarla əməkdaşlıq edir.
Televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. Xankişiyev bu haqda danışarkən bunları deyib :
" Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edəcəyəm".
Stalik Xankişiyev 2016- ci ildə
"Böyük İpək Yolu" mükafatını qazanmışdır.
Stalik Xankişiyevin müəllifi olduğu "Bazar, qazan və dəstərxan" kitabı "İyirmi il müddətində milli mətbəx haqqında ən yaxşı kitab" nominasiyası üzrə qalib olub. Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib.
Yeri gəlmişkən, bu günlərdə
Dövlət Turizm Agentliyinin səlahiyyətli şəxslərinin həbsi barədə xəbərlər yayılır...
Məlumatlara görə son 3 ildə milli mətbəximizə ciddi zərbə vurublar.
Bəzi səlahiyyətli şəxslər kulinariyamızla bağlı bir çox sirrləri bizimlə düşmənçilik edən ermənilərə veriblər.
Mətbəximizi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları ; mətbəximizin əleyhinə yönəldiblər.
Dövlət qulluğunda işləyən bəzi şəxslər
Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unudurlar.
Mətbəximizin sirrlərini pula satırlar. Bu, çox ağrıdıcı hərəkətdir.
Məlumatlara görə Dövlət Turizm Agentliyində bir il ərzində "World Association of Chefs"in adından 2,9 milyon yeyinti olub. Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovu
Kulinariya Təşkilatından çıxardıblar.
Dünya təşkilatlarına onun əleyhinə məktublar yazan, Azərbaycan mətbəxinə nifrət edən Fərhad Aşurbəyli ilə Orxan Muxtarovlar isə söz sahibinə çevrilib.
Tahir Əmiraslsnovu AMKM-dən uzaqlaşdıran Fuad Nağıyev və komandası "Discovery World Travel"də
7 mətbəx nümunəmizi ermənilərə hədiyyə ediblər.
Uzun illərdir Azərbaycan mətbəxini dünyada təbliğ edən Tahir Əmiraslanova ermənilər bata bilmirdilər.
İndi belə vəziyyət yaranıb ki : sanki Ermənilər Turizm Agentliyi qarşısında şərt qoyublar ki, Azərbaycan Milli Kulinariya Mərkəzi iflic vəziyyətinə salınmalıdır.
Hesab edirik ki, təcili tədbirlər görülməsə ; bu gedişlə ermənilər istəklərinə nail olacaqlar və qısa zamanda mətbəximizi məhv edəcəklər.
Lakin inanırıq ki : xalqımıza
cəmi 44 günə möhtəşəm qələbə qazandıran prezidentiniz AMKM-i və bu sahəni uzun illər qoruyub saxlayan , inkişaf etdirən peşəkar kulinarlarımızı qoruyacaqdır.
Düşünürük ki, hazırda “Azərbaycan Milli Kulinariya Assosiasiyası” İctimai Birliyinin, və Türk Dünyası Mətbəx Kültürü üzrə Elm və Sənət Birliyinin prezidenti -Tahir Əmiraslanovun və dünyaca məhşur kulinar , hörmətli soydaşımız Stalik Xankişiyevin xidmətləri də unudulmayacaq.
MƏTBƏXİMİZ MƏDƏNİYYƏTİMİZİN BİR HİSSƏSİDİR ...
Xudaferin.eu
09:26