Mərəndli milli şair Yaqub Üsuli Urmuda coşqu ilə qarşılandı
Çağdaş Güney Azərbaycan ədəbiyyatının, eləcə də milli fikrinin inkişafında böyük bir əməyi olan Yaqub Üsuli Urmu şəhərinin “Şair və Aşıqlar Sarayı Dərnəyi”ndə böyük bir coşqu ilə qarşılanmışdır.
Bu törənə Güney Azərbaycanın Urmu, Sulduz , Qoşaçay, Makı, Xoy şəhərlərindən çox sayda şairlər və yazıçılar qatılıblar. Törəndə Aşıq Cavanmərd, Aşıq Əli və Aşıq Bəhmən saz və sözlərilə Azərbaycan Türkünün xalq və milli mahnılarını ifa ediblər. Bununla yanaşı çıxış edənlər Türk millətinin qədim tarixi və ədəbiyyatı haqında bir-birindən maraqlı olan məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Güney Azərbaycanda milli maariflənmə prosesində yazıçıların, şairlərin və eləcə də aşıqların başlatdığı böyük bir intibah çağı yaşanılmaqdadır. Bütün acılara, maddi sıxıntılara, bir sıra məhrumiyyətlərə baxmayaraq, bu proses öz doğal axarı ilə gəlişməkdədir. Yaqub Üsuli ilə keçirilən törən Güney Azərbaycanın bütün bölgələrinin birlik və bərabərliyi üçün böyük bir örnəyə çevrildi.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”
12:01
Digər xəbərlər