Mərakeş qəzetində “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə qədər möcüzələr edilib” sərlövhəli məqalə dərc olunub
Mərakeşin “Asvat” qəzetinin magazineaswat.com elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə qədər möcüzələr edilib” sərlövhəli məqaləsi dərc olunub.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə XX əsr Azərbaycan tarixinin əlamətdar bir mərhələsinin ölkəmizi, dövlətimizi və xalqımızı tarixi sınaqlardan çıxaran, inkişaf və tərəqqi yoluna yönəldən böyük şəxsiyyətin, siyasi liderin – ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.
Mərakeş nəşrində qeyd olunur ki, ulu öndər Heydər Əliyev Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığına nail olan əlahiddə liderlərdən idi. Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti böyük bir siyasi və həyat məktəbidir. O, bütün fəaliyyəti dövründə praqmatik, rasional, səmimi, yaradıcı lider, fenomenal şəxsiyyət kimi mütərəqqi ideyalarını fədakarlıqla reallaşdırmağı bacardı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıtmasından sonra həyata keçirilən xarici və daxili siyasət, milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf konsepsiyasının əsas konturlarını müəyyən etmək üçün real zəmin yaratdı.
Diqqətə çatdırılır ki, bu strategiya Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini, Xəzər dənizinin enerji ehtiyatlarının dünyanın mühüm söz sahibi olan böyük dövlətləri ilə birgə işlənməsini, ölkə ərazisindən Şimal – Cənub və Şərq – Qərb nəqliyyat dəhlizinin əsas arteriyası kimi istifadə olunmasını, bütün ölkələr və beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıq münasibətlərinin saxlanılmasını nəzərdə tuturdu. Ulu Öndər qloballaşma dövründə milli suverenliyin məhdudlaşmasına imkan vermədən inteqrasiya proseslərinin əlverişli amillərindən ölkənin inkişafı, iqtisadiyyatın modernləşməsi və müasir Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi əsaslarının daha da kamilləşməsi, möhkəmlənməsi üçün istifadə etməyi tövsiyə edirdi.
H.Məmmədov yazır: “Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan ulu öndər Heydər Əliyev hələ münaqişənin ilk illərində “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” dedikdə Qarabağ məsələsində yekun nəticəni uzaqgörənliklə hesablayırdı. Prezidentimiz Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda Azərbaycanın üçrəngli qələbə bayrağını qaldırmaqla bu arzuları gerçəkləşdirdi”.
Yazıda bildirilir ki, Prezident İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi müddətdə xalqın öz taleyini ona etibar etməkdə qətiyyən yanılmadığını sübut etdi. Tarixi paralellər aparsaq, görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun aparılır. Ulu Öndər Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi isə bu uğurun əsaslarından biridir.

Nigar Cəfərli
Xudaferin.eu
17:19
Digər xəbərlər