"Motodrom"da etiraz aksiyası

Keçmiş "Motodrom" ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər. Etiraz edən sakinlər evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər. Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir. Sakinlər deyir, söküntünü «Bakı Metropoliteni» QSC-i həyata keçirir. Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmir.

Qeyd edək ki, bu ərazidə yaşayan vətəndaşlar sosial baxımdan iki qrupa bölünürlər. Məcburi köçkünlər və Binəqədəi rayon icra hakimiyəti və yerli bələdiyyənin razılığı ilə ev tikənlər. Motodroma nəqliyyat naziri vəzifəsinə keçdikdən sonra, Ziya Məmmədovun daim gözü düşüb. Ona görə də, dolayı yolla Ziya Məmmədova yaxınlığı ilə seçilən şirkətlər və burada yaşayan əhali arasında daim qovğalar çıxır. Bu dəfə isə Metropoliten İdarəsi vətəndaşların hüquqlarını tapdalamaq üçün yarışa çıxıb.

Xudaferin.eu  

17:26