Moskvada daha 12 nəfər koronavirusdan ölüb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.

xudaferin.eu“TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4645-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək təxminən 251 min insanda koronavirus aşkar olunub. Ümumilikdə 195 min xəstə sağalıb.

xudaferin.eu

10:56