Moskva sanksiyaların uzadılmasına fikir verməyəcək

Moskva Avropa İttifaqının Rusiyaya qarşı fərdi sanksiyaları uzatmasına fikir verməyəcək. 

Xudaferin.eu “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov deyib: 

“Onsuz da bu sanksiyalar müzakirə olunmadan, avtomatik uzadılır. Artıq bir çox ölkələrdə sanksiyaların ləğvi barədə söhbətlər gedir. Sanksiyalar olacaq, ya yox, Rusiya öz yolu ilə inkişaf edəcək və onlara önəm verməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Avropa İttifaqının 28 ölkəsinin səfiri Rusiya vətəndaşları və hüquqi şəxslər barədə fərdi sanksiyaların uzadılmasını razılaşdırıb. Sanksiyalar daha altı ay qüvvədə olacaq.

Xudaferin.eu

10:02