Moskva məhkəməsi erməni terrorçunun həbs müddətini uzadıb

 

Moskva şəhər məhkəməsi erməni terrorçu Aram Petrosyanın həbs müddətinin aprelin sonunadək uzadılmasını qanuni hesab edib. Bu barədə jurnalistlərə həbsdə olan terrorçunun vəkili Stanislav Maltsev məlumat verib.

 

Aram Petrosyan terrorizmdə və girov götürməkdə təqsirli bilinir. O, 2016-cı ilin avqustunda “Sitibank”ın Moskvanın mərkəzindəki filialında insanları girov götürərək, filialı partlatmaqla hədələmişdi. Sonradan hüquq-mühafizə orqanlarına təslim olan Petrosyan biznesinin müflisləşməsi məsələsinə diqqəti cəlb etmək istədiyini bildirmişdi. Hazırda istintaq onunla bağlı psixoloji və psixiatrik ekspertizanın cavabını gözləyir. Bundan sonra Petrosyana qarşı ittiham irəli sürüləcək.

Xudaferin.eu
Rusiya Federasiyası, “Moskva Bürosu”

19:18