Monqolustanda prezident seçkilərində rəssam və keçmiş cüdoçu qalib gəlib

 

 

Monqolustanda prezident seçkilərinin ikinci turunda parlamentdə azlıqda olan Demokratik Partiyanın namizədi, rəssam və keçmiş cüdoçu Xaltmaaqiyn Battulqa qalib gəlib.

İlkin hesablamalara əsasən, Battulqa səslərin 50,6 faizini toplayıb. Seçki komissiyaları hələ də səslərin sayılmasına tam yekun vurulmasını gözləyirlər. Seçkilərin ikinci turunda səsvermə planlaşdırılan vaxtdan iki gün tez keçirilib. İlk turda prezident postuna üç namizədin heç biri 50 faizdən çox səs yığa bilmədiyi üçün ölkədə seçkilərin ikinci turu keçirilib. Səsvermədə seçicilərin 60,9 faizi iştirak edib. Monqolustanda prezident seçkiləri yeddinci dəfədir keçirilir.
Qeyd edək ki, Monqolustan dövlət quruluşuna görə prezident hakimiyyətinə önəm verir. Bununla yanaşı, ölkədə demokratik təsisatların sayəsində son illərdə sürətli inkişaf yolu da müşahidə olunur. Bu ölkə yaxın qonşuları olan Qazaxıstan, Rusiya və Çinlə isti münasibətlər çərçivəsində öz iqtisadiyyatını sürətlə inkişaf etdirir. Bununla yanaşı, son illərdə Yaponiya ilə də bir sıra sahələrdə geniş tərkibli əlaqələr yaradıbdır.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

 

10:58