Mollakratlardan Quzey Azərbaycan bağımsızlığına təhdid

 

Quzey Azərbaycanın dövlət bağımsızlığını ötən 26 ildə hələ də həzm edə bilməyən İran mollakratiya rejmi bütün çeşidli yollarla bu özgürlüyə qarşı təbliğatlarını hələ də davam etdirməkdədir. Elə Tehran rejminə aid olan medianın özü də bu yolla çalışmaqdadır.

Tehranda dərc olunan, paniranizm və panfarsizmə xidmət edən “Aftabi İran” dərginin son yayınında çap olunan bir yazıda Quzey Azərbaycan ərazisi İranın tarixi torpağı kimi sunulmaqla yanaşı, həm də Azərbaycan Türklərinin “fars və İran” kökənli olması da bir iddia kimi irəli sürülür. Həmin yazıda o da bildirilir ki, Tehran rejimi özünə çox yaxşı bir anlamda hələ də arxayındır. Quzey Azərbaycan torpaqları mütləq İrana birləşəcəkdir. Yazıda Quzey Azərbaycanın arxasında İsrail dövlətinin durduğu iddia edilərək bildirilir  ki, Quzey Azərbaycanı İrandan İsrail uzaqlaşdırıb.
Onu da bildirək ki, boş və təməlsiz bu iddialarla dolu olan həmin yazıda mətnaltı bir düzənlə ermənilərin Azərbaycan torpaqlarını işğalı da tədqir olunur.  

Güney Azərbaycanı “paniranizm”, “panfarsizm” və “teoloji” anlamda öz işğalı altında saxlayan mollakrat rejmi bununla kifayətlənməyərək həyasızcasına Quzey Azərbaycana qarşı olan işğalçı baxışlarını uluslararası qanunlara qarşı çıxmaqla hədəflərində iddialı hədəflərini davam etdirir.
Güney Azərbaycan Milli Hərəkatından “XUDAFERİN.EU”-ya daxil olan xəbərlərdə o da bildirilir ki, Quzey Azərbaycan rəsmiləri mollakrat rejminin bu iddialarına qarşı kəskin bir şəkildə öz etirazını bildirməlidir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

11:07